Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-704/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, JN- 343 saylı dövlət X2 və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar islahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ilə paybəlli torpaq sahəsi verilmişdir, lakin qeyd edilən torpaq sahəsi verilərkən ailə üzvlərinin adı səhv qeyd edilmişdir. Belə ki, X7 adı səhvən X4, X1 səhvən X6 qeyd edilmişdir. Ona və ailə üzvlərinə Masallı rayonu Güllütəpə kəndində paybəlli torpaq sahəsi verilsə də, müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə həmin torpaq sənədində ailə üzviərinin adı və soyadı düzgün qeyd edilmədiyindən sənədləşmə edə bilməmişdir. DƏDRX-in 8 saylı ərazi idarəsi həmin dövlət aktında düzəliş aparılmasını bildirdiyində, ona bildirilmişdir ki, islahat vaxtı verilən torpaq sahəsidə və sistemində səhf getdiyindən düzəldə bilməzlər. Ailə üzvlərinin adında uyğunsuzluq olduğundan dövlət idarələrində hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Odur ki, məhkəməyə müraciət edərək JN-343 saylı dövlət X2 və X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarlmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmədə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci madəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərə alıb, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X12 ilə X18 arasında 04 mart 1963-cü il tarixdə Masallı rayon Yeyənkənd ərazi üzrə nümayəndəliyində 37 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mirzəcanova soyadı verilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X12 31 iyul 2020-ci il tarixdə beyindaxili qansızma səbəbindən Masallı rayonu Güllütəpə kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X22 arasında 08 avqust 2002-ci il tarixdə Masallı rayon VVADQ şöbəsində 400 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mirzəcanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X36 ilə X20 arasında 22 yanvar 2019-cu il tarixdə Sumqayıt rayon Qeydiyyat şöbəsində 02 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Rzayeva soyadı verilmişdir. İş materiallarında olan Masallı RİHB-ın Güllütəpə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-343, Kod 80509018 nömrəli Dövlət X3-X5 yazılmalı və oxunmalıdır. İş materiallarında olan JN-343, Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə Mirzəcanov Qürbət mirzəxan oğluna, X21, X15, Ərizəçi, X9, X13, X14 0.65 hektar kənd təsərrüfatı məhsullarının istehlakı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ərizəçiyə verilmiş **********01 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-343 nömrəli Dövlət Aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, yəni ərizəçinin izahatına və işin faktiki və hüquqi hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçilər qeyd olunan faktı, yəni sənədin ona məxsus olmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Odur ki, ərizə təmin edilməli, JN-343, Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2 və X11 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-343, Kod 80509018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2 və X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-704/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-704/2023
15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver