Məhkəmə qərarları › İş №2(050)-715/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-715/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

İddiaçı: Masallı Nuriyeva Xalidə Rayon Ç i C Masallı Yavər qızıÜnvan: Məhkəməsinə Ünvan: Masallı rayonu Qızılavar şəhəri,kəndi H.ƏIiyevpr.93 Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-715/2023 30.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 35040 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayon Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayır. Eyni zamanda qaynının əvvəllər yaşadığı, lakin qaynının ölümündən sonra artıq bir neçə ildirki yaşayış yoxdur. Həmçinin bir ilə yaxındır ki, həyətdə olan ev sökülmüşdür. Yaşadığı evində təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Hamı kimi o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir və heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Lakin mərhun qaynının əvvəllər yaşadığı evdə təbii qaz olmamışdır. Çünki Cavabdeh mərhun qaynının yaşadığı həmin fərdi yaşayış evinin həyət darvazasının yaxınlığına kimi qaz xətti çəkmiş olsalar da, lakin həmin qaz xəttinə sayğac quraşdırmamışdılar. Ötən ilin sonlarında isə Cavabdeh Lənkəran X6 İdarəsinin əməkdaşları əvvələr mərhun qaynımın yaşayış olan həyətyanı sahəsinin qapısının yanına qədər çəkmiş olduqları qaz xəttinin turbasına guya baxış keçirmişlər və onun sayğacdan kənar qeyri-qanuni xətt istifadə etdiyimi qeyd etmişlər. Onların bu nəticəyə gəlməsinə səbəb isə həmin turbanın başında təxminən yarım metr uzunluğunda politilen şlanq olması olmuşdur. Cavabdeh əməkdaşları bununla bağlı barəsində 30 dekabr 2022-ci il tarixdə ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasında tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 35040 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Lakin o, həmin qaz borusundan heç bir vaxt istifadə etməmişdir. Ona məxsus olan fərdi yaşayış evi həmin boruya təxminən 200-300 metr uzaqlıqda yerləşir. Hazırda hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 17280 m3 qaz sərfiyyatı silinməlidir. O, sayğacdan kənar hər hansı bir xətdən istifadə etməmişdir. Onların qeyd etdikləri qaz turbası onun həyətindən uzaqda yerləşir və ona heç bir aidiyyəti yoxdur. Sadəcə həmin həyət onun ərinin valideynlərinə məxsus olmuşdur və orada mərhum qaynı yaşamışdır. Bu nöqteyinəzərdən idarə işçiləri onu cərimələmişlər. Lakin qanunvericilikdədə qeyd olunduğu kimi hər bir şəxs öz törətmiş olduğu əmələ görə qanun qarşısında cavabdehlik daşıyır. O, isə belə bir əməl törətməmişdir. İdarənin işçiləri otaq şəraitində onun iştirakı olmadan akt tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. X7 İdarəsinin əməkdaşları onun sayğacdan kənar qeyri-qanuni xətt istifadə etdiyini sübut edəcək foto şəkilləri və video görüntüsünü çəkmişlərsə onu təqdim etməlidirlər. Odur ki, həmin akt etibarsız hesab edilməli və yazılmış cərimə silinməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qeyd edilən sayğac əmisinə məxsusdur. Hazırda isə onun sayğacında deyil əmisinin istifadəsində olan sayğacda müdaxilə olmuşdur. İdarənin əməkdaşları gecə saatlarında həyətə gələrək sayğacı çıxarmışlar və sayğacda müdaxilə olduğunu bildirmişlər. Odur ki, iddianın təmin edilərək tərtib edilmiş aktın ləğv edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ay iki dəfə baxış keçirilir. İddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 30 dekabr 2022-ci il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin Masallı XS-nin rəisi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Qızılavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacından kənar qeyri-qanunu birləşmə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Qızılavar kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 kub metr/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 35040 m3 itirilmiş qaz hesablanmışdır. İş materillarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan videogörüntü ilə müəyyən və sübut edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacına politilen şlanqla xəttdən kənar qoşulmaqla qazdan istifadə edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda, sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçıya məxsus fərdi yaşayış evinə sayğacdan kənar qeyri-qanuni xəttin iddiaçı deyil, onun ailə üzvləri tərəfindən birləşdirilmiş olması, həmçinin iddiaçının hazırda qaz sərfiyyatına görə hesablanmış borcu ödəməyə maddi imkanının olmaması tərtib edilmiş aktın etibarsız hesab edilməsinə əsas ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı barəsində tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar