Məhkəmə qərarları › İş №2(050)-742/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-742/2023

06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-742/2023 06.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-118A, KOD 80525028 saylı şəhadətnamədə göstərilən soyadının “Səmədli” kimi deyil, “Əlibəyli” kimi oxunması və bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-118A, KOD 80525028 şahədətnamədə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-118A, KOD 80525028 şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə ona və ailə üzvlərinə Masallı rayon, Kəlbihüseynli kəndində 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-118A, KOD 80525028 saylı şəhadətnamədə yanlış olaraq onun soyadı Səmədli kimi yazılmışdır. Sözü gedən şəhadətnamədə soyadının səhv olmasını təsdiqləyən bir sıra sənədlər və arayışlar da almışdır. Həmin yanlışdığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi müraciət etmiş, lakin həmin idarədən göndərilən xx.xx.2021-ci il tarixli, **********29 saylı cavab məktubunda sözü gedən şahədətnamədə düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş; Torpağın mülkiyyətə verilməsinə dair JN-118A saylı, KOD 80525028 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarına əsasən X10, X2, X7, X8, X9 və X6 mülkiyyətinə 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, **********29 saylı məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-118A nömrəli şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1999-cu ildə Masallı rayonu, Kəlbəhüseynli kəndində anadan olmuşdur. X4, anası X1r. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarına əsasən X10, X2, X7, X8, X9 və X6 mülkiyyətinə 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Lakin, JN-118A saylı, KOD 80525028 olan şəhadətnamədə yanlış olaraq Ərizəçi soyadı Səmədli kimi qeyd olunmuş, bu da hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaratmışdır. Həmin uyğunsuzluğun başqa qaydada bərpa edilməsi isə mümkün olmadığından ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarına əsasən X10, X2, X7, X8, X9 və X6 mülkiyyətinə 0.14 hektar həyatyanı torpaq sahəsinin verilməsinə dair JN-118A saylı, KOD 80525028 olan şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarına əsasən X10, X2, X7, X8, X9 və X6 mülkiyyətinə 0.14 hektar həyatyanı torpaq sahəsinin verilməsinə dair JN-118A saylı, KOD 80525028 olan şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar