Məhkəmə qərarları › İş №2(050)-761/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-761/2024

30.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-761/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2005-ci il tarixdə Masallı şəhərində anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərdi ki, qızı X3 07 aprel 2005-ci ildə anadan olmuş və hazırda onunla birlikdə yaşayır. Qızı sevil Kişiyeva F72 ağır dərəcəli əqli gərilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ-22 xəstəliyindən əziyyət şəkir və tamamilə fəaliyyət qabiliyyəti yoxdur. X5 müddətsiz birinci qurup əlillik təyin olunmuşdur. Qızı hazırda fəaliyyət qabiliyyətsizdir. Onun gündəlik tələbatı ilə özü məşğul olur. Onun əqli geriliyi vardır və hərəkətlərini başa düşmür. Qızı hazırda hərəkətlərini dərk etmir və hər-hansı hərəkət edə bilmir. Belə ki, qızı Sevilin fəaliyyət qabliyyəti olmadığından müəyyən sənəsləşmə işlərinin həyata keçirilməsindən məhrum olmuşdur. O, qızının üzərində qəyyum olaraq təyin olunmadığı üçün onun adına hər hansı bir sənədləşmə işlərini həyata keçirə bilmir və dövlət tərəfindən verilən müavinatlardan istifadə edə bilmir. Qızına dövlət tərəfindən təyin olunan pensiyanın belə alınması mümkün deyil. Onun üzərində qəyyum təyin olunmağı barədə İcra Hakimiyyətinə müraciət etmiş, onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəsiz hesab olunduğu halda qəyyum təyin oluna bləcəyi göstərilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ərizəsinin təmin olunmaqla qızı 07 aprel 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclas zamanı izahatında göstərdi ki, həqiqətən də, 07 aprel 2005-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir. Bu hal psixiatrik ekspertizasının rəyi ilə də təsdiq olunur. Odur ki, göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə etirazı yoxdur. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından 07 aprel 2005-ci ildə X3 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komisiyyasında sonuncu müaynəyə dair məlumatdan görünür ki, X3 F72 Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələbdən ciddi davranış pozuntusu İQ-22 xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli, 1544 saylı ekspert rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz l qrup əlillik təyin edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X3 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 07 aprel 2005-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 aprel 2005-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar