Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-773/2024 09.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 18 dekabr 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 dekabr 2005-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 18 dekabr 2005-ci il təvəllüdlü X1 şəhərində doğulmuş və onunla birlikdə Masallı rayonu, Təzəkənd kəndində yaşayır. X5 “X4 iflic, X4 İflic (Uşaq yataq xəstəsidir). Xəstədə yuxarı və aşağı ətraflarda təzahür edən spastik tetraparez, əzələlərdə hipertonus, hiperrefleksiya qeyd olunur. Yuxarı və aşağı ətraflarda qeyd olunur. İradi hərəkətləri yoxdur, fiks edilmiş pataloji vəziyyətdədir. Əzələ gücü aşağıdır 1-2 balla qiymətləndirilir, əzələlərdə hipotrofiya qeyd olunur” xəstəliyindən əziyyət çəkir və bu diaqnozla qeydiyyatdadır. Hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Birinci dərəcəli əlildir. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızı müddətsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması qızının vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, Masallı şəhərində doğulmuş 18 dekabr 2005-ci il təvəllüdlü X2 atası X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 18 dekabr 2005-ci il təvəllüdlü X5 “X4 iflic, X4 İflic (Uşaq yataq xəstəsidir). Xəstədə yuxarı və aşağı ətraflarda təzahür edən spastik tetraparez, əzələlərdə hipertonus, hiperrefleksiya qeyd olunur. Yuxarı və aşağı ətraflarda qeyd olunur. İradi hərəkətləri yoxdur, fiks edilmiş pataloji vəziyyətdədir. Əzələ gücü aşağıdır 1-2 balla qiymətləndirilir, əzələlərdə hipotrofiya qeyd olunur” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 1011 saylı rəyindən görünür ki, 18 dekabr 2005-ci il təvəllüdlü X3 “Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə” müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq Babaşov İmran Vahid oğlunun psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 16 aprel 2024-cü il tarixli, 1011 saylı rəyində X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı üçün üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir, ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X5 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 18 dekabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onun üzərində qəyyum təyin edilməsi Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 dekabr 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-773/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-773/2024
09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver