Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-780/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz İB’'-nın əməkdaşları tərəfındən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixdə ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 1440 m3 qaz sərfıyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ev təbii qazdan istifadə qaydalarma uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazm dəyərini müəyyənləşdirmək üçün sayağacla təmin olunmuşdur. O, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlərini etmişdir. Heç vaxt abonent kimi öhdəliklərimin icrasından yayınmamışdır. "Azəriqaz” İB Lənkəran X4 İdarəsinin əməkdaşları xx.xx.2022ci il tarixdə yaşadığı evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər və sayğacı növbəti dövlət voxlaması adı ilə çıxarıb yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə ******* saylı akta əsasən qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir cümləsi yazılmışdır. Halbuki, həmin aktı sonradan onun iştirakı olmadan qanunsuz olaraq tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 1440 m3 qaz sərfıyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 1440 m3 qaz sərfıyyatı silinməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi onun günahın ucbatından baş verməmişdir. Sayağca cavabdeh şəxs o, deyildir. Həmçinin o, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdirsə, hər ay 15 gündən bir ona bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) bunu dərhal məlumat verməli idi. Çünki bu sahə nəzarətçilərinin bir başa vəzifəsidir. Sonradan qaz idarəsinin əməkdaşları qaz sayğacını növbəti dövlət yoxlaması adı ilə çıxararaq özləri akt tərtib etmişlər ki, sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Eyni zamanda, akta əsasən qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi ilə bağlı qeyd etmişdir ki, qaz sayağacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayağacıda həyətdə yox evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayağacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi sayağaca müdaxilə zamanı artıq qaz sərfıyyatından istifadə edilyini qeyd etdiyini (90 gün) qeyd etmişdir. Halbuki, qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayağaçına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödüyür. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayağaca baxarkən orada hər hansı bir müdaxiləni və ya problemin olduğunu görmədiyi halda nə səbəbdən onun sayğaca müdaxilə etdiyi və artıq qaz sərfıyyatı etdiyini qeyd etmişlər. Əgər sayağaca müdaxilə olunmuşdursa sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimt əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmiş, onun iştirakı olmadan sayağaca baxış keçirilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. Həmçinin, qaz istismar idarəsinin əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz uydurma əsaslarla uydurma akt tərtib edilərək cərimə hesablanmışdır. Halbu ki, şahidlərin iştirakı ilə və müvafıq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz İstismar İdarəsinin əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Bütün bunlar isə onu görsədir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara görə tərtib olunmuşdur. Ona görədə hazırda həmin aktm etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, işə İddiaçı iştirakı olmadan baxılmasına etiraz etmir. Həmçinin, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ay iki dəfə baxış keçirilir, sayğacın üzərində qoruyucu vardır, iddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacda müdaxilə izləri aşkar edilmiş və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 30 yanvar 2023-cü il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlaraın məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X4 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 1440 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X4 İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etəmədiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdən göründüyü kimi iddia fiziki şəxs tərəfindən qaldırılmış, işə əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu, Gəyəçöl kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuş və Cavabdeh Lənkəran X4 İdarəsinin Masallı XS-nin rəisi tərəfindən təsdiq edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktla müəyyən edilmişdir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacında sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. İşin hallarına görə iddiaçının yaşadığı evə sayğac quraşdırılmış və iddiaçı sayğacla bağlı iradı olmadan qəbul etmiş və istismarına görə cavabdehlik daşımışdır və qazdan istifadəyə və sayğacın saxlanmasına görə öhdəlik daşımışdır. İşdən göründüyü kimi istehlakçı barədə Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tətib edilmiş və sayğac dəyişdirilmişdir. İddiaçının dəlillərinə görə qaz sayğacları bütün rayon ərazisinə qoyulmuş və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər.Belə olan halda o, sayğaca hər hansı bir müdaxiləyə görə məsuliyyət daşıya bilməz.Bütün bunlar onu göstərir ki, tərtib olunmuş akt hansısa maraqlara görə tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı yuxarıda göstərdiyi hallara dair sübut təqdim etmədiyi üçün həmin dəlillər əsassız hesab edilmişdir. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinin tələbinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” təsdiqlənmiş, həmin mqavilənin 2.1.7-ci bəndinə görə istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir; 2.2.4-cü və 2.2.5-ci bəndlərinə əsasən isə aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək; istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğac göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır.Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki və hüquqi hallarına əsasən hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.Belə ki, iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində quraşdırılmış sayğaca istehlakçı tərəfindən müdaxilə edilməsi Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla və Cavabdeh Lənkəran X4 İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktla, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edildiyi və iddiaçı yaşadığı evin həyətində quraşdırılmış sayğaca onun və ailə üzvləri tərəfindən müdaxilə olunmaması barədə sübut təqdim edə bilmədiyi üşün iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-780/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-780/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver