Məhkəmə qərarları › İş №2(050)-82/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-82/2024

17.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-82/2024 17.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə2 iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1983-cü il təvəllüdlü Cahid Şükürov «serebral iflic, tetaparez, əzələ atofiyası, kəskin hərəkət məhdudluğu» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Oğluna neçə illərdir o, baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə oğluna birinci dərəcəli əlillik təyin edilmişdir. X1 o, tutmuş, gündəlik təlabatı ilə o, özü məşgul olur. Oğlu hazırda da evdə müalicə alır. X15 faktiki fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Cahid Şükürovun hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Oğluna qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Cahid Şükürovun fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda xx.xx.1983-cü il təvəllüdlü X6 qəyyum təyin edilməsindən ötrü oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçinin Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 04 iyun 1983-cü ildə Masallı rayonu Bədəlan kəndində anadan olmuşdur. X2, anası Ağayeva (Şükürova) Lətifə Xanlar qızıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, X8 "uşaq serebral iflic, tetroparez, əzələ atrofiyası, kəskin hərəkət məhdudluğu" diaqnozu ilə birinci dərəcəli əlil olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 3244 saylı rəyində qeyd edilmişdir ki, X5 uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X8 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 04 iyun 1983-cü ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 04 iyun 1983-cü ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar