Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-824/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və həmin akt əsasən hesablanmış 8640 kub metr borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı ev təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş və sayağac hasarın küçə hissəsində quraşdırılmışdır. O da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx.xx.2022-ci il tarixdə səhər vaxtı işə gedərkən küçəyə çıxdıqda sayağacın yararsız hala düşdüyünü görüb dərhal 104 qaynar xəttinə zəng edərək bu barədə məlumat vermişdir. 12 dekbar 2022-ci il tarixdə "Azəriqaz" İB Lənkəran X2 idarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacın yararsız hala düşdüyünü gördükdən sonra çıxarıb yenisi ilə əvəz etmişlər. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən mexaniki zərbə nəticəsində qaz sayağacının yararsız hala düşməsinin aşkar olunmasını yazmışlar. xx.xx.2022-ci il tarixli qərarla isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və ziyan kimi hesablanmış 8640 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli aktda qeyd olunan qaz sayağacının yararsız hala düşməsi onu günahı ucbatında baş verməmiş, mexaniki zərbə nəticəsində əmələ gəlmiş, həmçinin sayağaca da cavabdeh şəxs o, deyildir. Bundan əlavə o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayağacın yararsız hala salınmasını hər ay 15 gündən bir ona bildiriş verən qaz idarəsinin işçisi (sahə nəzarətçisi) dərhal məlumat verməli idi, çünki bu sahə nəzarətçilərinin bir başa vəzifəsidir. Eyni zamanda qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Qaz sayğacınin həyətdə yox, evdən kənarda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir, halbuki, qaz idarəsinin işçiləri (sahə nəzarətçisi) hər ayda iki dəfə qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir və o da bildiriş əsasında qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayağaca baxarkən orada hər hansı bir müdaxiləni və ya problemin olduğunu görmədiyi halda nə səbəbdən onun sayağaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı etdiyini qeyd edirlər. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığnından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və həmin ünvanda təbii qazdan istifadənin hesablanması üçün sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10-u və 20-si olmaqla, iki dəfə baxış keçirilir. İddiaçının fərdi yaşayış evini təbii qazla təchiz edən qaz sayğacına 12 dekabr 2022-ci il tarixdə baxış keçirilərkən qaz sayağacının hesablama mexanizminin plastmas qapağının sınması, gövdəsinin əzilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların, göstərici çarxların, zavod seriya lövhəsi olan kağız lövhənin yararsız hala salındığı aşkar edildiyi üçün 26 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Eyni zamanda tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən İddiaçı 11 dekabr 2022-ci il tarixdə 104 qaynar xəttinə zəng edərək fərdi yaşayış evini təbii qazla təchiz edən qaz sayğacının yararsız hala düşdüyünü aşkar etdiyini bildirmiş və bundan sonra, yəni 12 dekabr 2022-ci il tarixdə "Azəriqaz" İB Lənkəran X2 idarəsinin əməkdaşları həmin ünvana gedərək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Hesab edir ki, sayağac iddiaçının özü tərəfindən yararsız hala salınmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 12 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 12 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanında istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı bilinməyən səbəbdən əzildiyindən, həmçinin növbəti dövlət yoxlanması üçün yenisi ilə əvəz olunmuşdur. Cavabdeh Lənkəran X2 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 3 ünvanında istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayağacının hesablama mexanizminin plastmas qapağının sınması, gövdəsinin əzilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların, göstərici çarxların, zavod seriya lövhəsi olan kağız lövhənin yararsız halda olduğu aşkar olunmuşdur. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi N.Məmmədov tərəfindən təsdiq edilmiş 28 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 3 ünvanında istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 kub/metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, lakin 12 dekabr 2022-ci il il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin sayağacına baxış keçirilərkən sayağacın yararsız hala düşdüyü müəyyən olunduğu üçün yeni sayğacla əvəz olunmuş, 26 dekabr 2022-ci il tarixdə qaz sayağacının hesablama mexanizminin plastmas qapağının sınması, gövdəsinin əzilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların, göstərici çarxların, zavod seriya lövhəsi olan kağız lövhənin yararsız halda olduğu aşkar olunduğu üçün 28 dekabr 2022-ci il tarixli tələbnaməyə əsasən 8640 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. İstehlakçı İddiaçı həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları 12 dekabr 2022-ci il tarixdə istehlakçı ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 26 dekabr 2022-ci il tarixdə akt tərtib edilərkən qaz sayağacının hesablama mexanizminin plastmas qapağının sınması, gövdəsinin əzilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların, göstərici çarxların, zavod seriya lövhəsi olan kağız lövhənin yararsız halda olduğunu aşkar edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə qaz sayağacının hesablama mexanizminin plastmas qapağının sınması, gövdəsinin əzilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların, göstərici çarxların, zavod seriya lövhəsi olan kağız lövhənin yararsız halda olduğu aşkar olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iclası zamanı tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı 11 dekabr 2022-ci il tarixdə 104 qaynar xəttinə zəng edərək fərdi yaşayış evini təbii qazla təchiz edən qaz sayğacının yararsız hala düşdüyünü aşkar etdiyini bildirmiş və bundan sonra, yəni 12 dekabr 2022-ci il tarixdə "Azəriqaz" İB Lənkəran X2 idarəsinin əməkdaşları həmin ünvana gedərək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş 8640 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 dekabr 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və itirilmiş 8640 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-824/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-824/2023
20.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver