Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-83/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 01 iyul 1958-ci il təvəllüdlü X6 və 02 aprel 1968-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1958-ci il təvəllüdlü X6 və 02 aprel 1968-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayon Lürən kəndində qeydiyyatda olmaqla yaşayır. X1 və qardaşı X12 anadangəlmə iflic xəstəliyindən əziyyət çəkirlər. Onlara xəstəlikləri ilə əlaqədar birinci dərəcəli əlillik də təyin edilmişdir. Bir neçə ölkədə müalicələr olunsalar da, xəstəlikləri daha da artmışdır. X14 və X17 hazırda onunla yaşayırlar, onlara özü baxır, xəstədirlər və birinci qrup əlildirlər. Hazırda X14 oliqofreniya, dəqiqləşdirilməmiş səbəblər nəticəsində əmələ gələn kəskin ifadə olunmuş imbesillik xəstəliyindən əziyyət çəkir. X17 isə oliqofreniya, dəqiqləşdirilməmiş səbəblər nəticəsində əmələ gələn kəskin ifadə olunmayan imbesillik xəstəliyindən əziyyət çəkir. Bacısı və qardaşı hazırda tam fəaliyyət qabiliyyətsizdirlər, öz hərəkətlərini idarə edə bilmirlər, etdikləri hərəkətlərin nəticəsini dərk etmirlər. Onlar fəaliyyət qabiliyyətsiz hesab edilərsə, dövlət tərəfindən onlar üçün müəyyən edilmiş imtiyazlara malik olacaqlar. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, X14 və X17 müddətsiz l dərəcəli əlildirlər. Bir sıra sənədləşmə işlərinin aparılması onların vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də onların fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Masallı rayonu, Lürən kəndində doğulmuş 02 aprel 1968-ci il təvəllüdlü X7 atası X9, anası X5r. Doğum haqqında arayışdan görünür ki, Masallı rayonu, Lürən kəndində doğulmuş 01 iyul 1958-ci il təvəllüdlü X2 anası X5r. Doğum haqqında şəhadətnamədən görünür ki, Masallı rayonunda doğulmuş xx xxxxxxx 1970-ci il təvəllüdlü Rəhimova X10 atası X9, anası X5r. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 01 yanvar 1958-ci il təvəllüdlü X6 “Oliqofreniya, dəqiqləşdirilməmiş səbəblər nəticıəsində əmələ gələn kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 02 aprel 1968-ci il təvəllüdlü X12 “Oliqofreniya, dəqiqləşdirilməmiş səbəblər nəticıəsində əmələ gələn kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli, 3178 saylı rəyindən görünür ki, X3 “ağır əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” aşkar olunur. X6 onda qeyd olunan ağır əqli gerilik səbəbindən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli, 3179 saylı rəyindən görünür ki, X8 “ağır əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” aşkar olunur. X12 onda qeyd olunan ağır əqli gerilik səbəbindən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq X4 və X7 psixi vəziyyətlərini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 3178 və xx.xx.2024-cü il tarixli, 3179 saylı rəylərində X6 və X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X6 və X12 öz psixi vəziyyətlərinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxslərdir, ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X6 və X12 öz psixi vəziyyətlərinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxslərdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 iyul 1958-ci il təvəllüdlü X6 və 02 aprel 1968-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onların üzərində qəyyum təyin edilməsi Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1958-ci il təvəllüdlü X6 və 02 aprel 1968-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. X6 və X7 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-83/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-83/2025
07.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver