Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-835/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X4, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB"-nin X10 istisman idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023- ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 8640 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz" İB X10 İstisman İdarəsinin əməkdaşlar xx.xx.2022-ci il tarixdə onun adına olan, evin qaz sayağacına baxış keçirmişlər və sayağacın çıxanlması səbəbi növbədən kənar dövlət yoxlaması adı ilə çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra xx.xx.2023-ci il tarixdə ******* saylı akt tərtib etmiş, xx.xx.2023-ci ildə onun yaşadığı evdə yoxlama apararaq akt tərtib edilmişdir. Aktda sayağacda olan qüsur kimi sayağacın çıxış plasmas borusu deşdirildiyi, xətalar normadan artıq olduğu, sayağac minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi, kamera vasitəsi ilə sayağacın daxilinə baxış keçirilmiş, plasmas boruda deşik aşkar olunması qeyd edilmişdir. Sonradan onun iştirakı olmadan qanunsuz akt tərtib edilmişdir. xx.xx.2023-ci il tarixli ******* saylı sayağacın çıxış plasmas borusu deşdirildiyi, xətalar normadan artıq olduğu, sayağac minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi, kamera vasitəsi ilə sayağacın daxilinə baxış keçirilmiş, plasmas boruda deşik aşkar olunması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 8640 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, o, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir, sayağac açılıb aparılarkən plombu üstündə olmuş və sayağaca nəzarət qaz idarəsi etməilidir. Eyni zamanda, aktda sayağaca baxış keçirildi, sayağacın çıxış plasmas borusu deşdirildiyi, xətalar normadan artıq olduğu, sayağac minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi, kamera vasitəsi ilə sayağacın daxilinə baxış keçirilmiş, plasmas boruda deşik aşkar olunması qeyd edilmişdir. Qaz sayağacının üzərində plomb varsa o kəsilməmişdirsə burda o, necə sayağaca müdaxilə etmiş ola bilər. eyni zamanda qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdınlmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayağaca ziyan vura bilər və sayağaca istənilən müdaxiləni edə bilərlər. Eləcədə sayağacın zavod qurğuşun plombunu qıra bilərlər, plastmas qapağı sındıra bilər, hesablama mexanizminin qoruyucu örtüyünü qopara bilər və sairə. Hazırda yaşadığı zamanə o qədər insanları dəyişib ki, bəzi insanlar başqalarına ziyan vurmaqdan çəkinmir, hətta bundan həzz alırlar. Qaz sayağaçıda həyətdə yox evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayağacına ediləcək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi sayağaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edilyini qeyd etmişdir. Halbuki, qaz idarəsinin işçiləri hər ay qaz sayağaçına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödüyür. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayağacın çıxış plasmas borusu deşdirildiyi, xətalar normadan artıq olduğu, sayağac minimal sərfiyyatda 100% nisbi xətayla işlədiyi, kamera vasitəsi ilə sayağacın daxilinə baxış keçirilmiş, plasmas boruda deşik aşkar olunması qeyd edilir. Əgər sayağaca müdaxilə olmuşdursa, sayağaçın içərisində hər hansı müdaxilə olmuşdursa sahə nəzarətçisi bunlan dərhal aradan qaldınlması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlə Kobinetinin 12 may 2011-ci il tarixli 80 saylı qəran ilə təsdiq edilən “Qazdan istiladə qaydalarf’-nın 4.8-ci maddəsinə əsasən istehlakçj məsuliyyət daşımır. Həmçinin hər bir insanın işi-gücü var və gün ərzində evdə olmadığı saatlar olur ona görə mütəmadi olaraq hər bir şeyə nəzarət edə bilmir. Odur ki, hesab edir ki, tərtib olunmuş akt əsassızdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ay iki dəfə baxış keçirilir. İddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayağacın çıxış plasmas borusu deşdirildiyi aşkar edildiyi üçün akt tərtib olunmuşdur. Daha sonra isə 31 yanvar 2023-cü il tarixli akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının teleqramını nəzərə alıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X7 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan istehlakçı Vəsilə Gülməmmədovaya məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X7 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan istehlakçı X2 məxsus fərdi yaşayış evinin qaz sayağacın çıxış plasmas borusu deşdirildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində yaşayan istehlakçı Vəsilə Gülməmmədovaya məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 90 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Məhkəmə iddianın 8640 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 31 yanvar 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “abonentin saldosundan” görünür ki, 2023-cü ilin yanvar ayında 17.04 manat məbləğində sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin mart ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən 30 gün hesabat müddəti hesablanmalı olduğu halda, 90 gün hesabat müddəti hesablanmışdır. Bundan başqa dəymiş ziyan məbləği hesablanarkən orta günlük iş rejimi 24 saat olduğu qeyd edilmişdir. Lakin 1 günün 24 saatdan ibarət olması nəzərə alınarsa orta günlük iş rejimi 12 saat hesablamalıdır. Beləliklə qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı qaydada hesabat aparılmalı və boc məbləği azaldılaraq aşağıdakı qaydada müəyyən edilməlidir: 0.8x12x30=288 3.4x12x30=1224 1.5x12x30=540 1.4x12x30=504 Cəmi: 2556 kub metr Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 31 yanvar 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi alazdılaraq 2556 kub metr müəyyən edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən iddia qismən təmin edilməklə, Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında 345.60 manat qaz sərfiyyatına əsasən hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin, həmin akt əsasında hesablanmış 345.60 manat qaz sərfiyyatına görə hesablanmış borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-835/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-835/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver