Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-87/2024 18.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Ukrayna Respublikası, Odessa vilayəti, Beliyevski rayonu, Daçnoye kənd sovetliyində bağlanmış 30 noyabr 1991-ci il tarixli, 91 nömrəli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını 30 noyabr 1991-ci il tarixdə Ukraynanın Odessa vilayəti, Beliyevski rayonu, Daçnoye kənd sovetliyində rəsmiləşdirmişlər. Ər-arvad kimi yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Birgə yaşadıqları zaman uşaqları olmamışdır. Cavabdeh əri ilə nikahlarının pozdurmağının səbəbi odur ki, rəsmi nikaha daxil olduqdan bir neçə il sonra Azərbaycana qayıtmışlar və bir müddət Masallı rayonu, Boradigah qəsəbəsində yaşamışlar. Sonra 1999-cu ildə cavabdeh onu ataraq Bakı şəhərində yaşamağa başlamış və həmin vaxtdan cavabdehlə heç bir əlaqəsi olmamışdır. Həmin vaxtdan onlar ayrı yaşayırlar. Bundan sonra onun cavabdehlə birgə yaşamaqları, birgə təsərüffatı idarə etmələri və ailənin qorunub saxlanılması mümkün deyildir. Cavabdehlə nikahları formal xarakter daşıyır. Tam qərara gəlmişdir ki, onunla aralarında olan nikah pozulmalıdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığından axırıncı yaşayış yeri olan Masallı RİB-nin Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Ukrayna Respublikası, Odessa vilayəti, Beliyevski rayonu, Daçnoye kənd sovetliyində bağlanmış 30 noyabr 1991-ci il tarixli, 91 saylı nikah qeydi vardır. X1 tərəfindən təsdiqlənmiş 05 dekabr 2022-ci il tarixli, MŞL-01454 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulmağına razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Göründüyü kimi Cavabdeh məhkəmə iclaslarında iştirak etməyərək nikahın pozulmasına razılığının olub-olmamasını bildirmədiyindən tərəflərə barışmaları üçün 3 (üç) ay vaxt verilməklə iş təxirə salınmış, lakin buna baxmayaraq onlar barışmamışlar. Tərəflər məhkəməyə hər hansı saziş təqdim etməmişlər. Beləliklə məhkəmə, tərəflərin birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyünü nəzərə alaraq belə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Ukrayna Respublikası, Odessa vilayəti, Beliyevski rayonu, Daçnoye kənd sovetliyində bağlanmış 30 noyabr 1991-ci il tarixli, 91 saylı nikah pozulsun. Məhkəmə tərəflərə izah edir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur (MPM-nin 36.9-cu maddəsi). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-87/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-87/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver