Məhkəmə qərarları › İş №2(050)-884/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-884/2024

11.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-884/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, X10 anadangəlmə «ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Qızına neçə illərdir o, baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasınm rəyi ilə ona birinci dərəcə əlillik təyin edilmişdir. Qızının qulluğunu onunla arvadı tutmuş, qızının gündəlik təlabatı ilə özləri məşgul olmuşlar. Qızı hazırda da evdə müalicə alır. X10 faktiki fəaliyyət qabiliyyəti olmadığından müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Lamiyə Ramazanovanın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Ona qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Lamiyə Ramazanovanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qızı xx.xx.2005-ci il təvəllüdlü X3 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X7 arasında 17 iyun 2006-cı il tarixdə Masallı rayon Tüklə ərazi nümayəndəliyində 24 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ramazanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X6 27 oktyabr 2005-ci ildə Masallı rayonu Məmmədoba kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 1209 saylı rəydə qeyd edilmişdir ki, X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X6 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.2005-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar