Məhkəmə qərarları › İş №2(050)-890/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-890/2025

13.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-890/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2024-00069 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-ci il təvəllüdlü X4, xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını xx.xx.1996-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cu il təvəllüdlü X4, xx.xx.2016-ci il təvəllüdlü X5, xx.xx.2021-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Müctəba uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından nikahın pozulması və alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Müctəba ilə xx.xx.2025-ci ildə mediasıya prosesində MŞL/MT014/2025-00024 saylı barışıq sazişi imzalamışlar. Cavabdeh işləmklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat aliment ödəsin. Lakin Müctəba barışıq sazişi imzaladığından bir neçə gün sonra dedi ki, sənə aliment ödəməyəcəm və artıq bir aya yaxındır ki, alimenti ödməkdəm yayındı. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00024 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs dörd nəfər uşaqın saxlanılması üçün hər ay hər bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələin sürətindən görünür ki, 28 sentyabr 2014-cu il təvəllüdlü X1, 28 avqust 2016-ci il təvəllüdlü X2, 15 aprel 2021-cü il təvəllüdlü X3 və 12 avqust 2024-cü il təvəllüdlü X7 atası Maraqlı şəxs, anası Ərizəçidır. 08 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00024 saylı barışıq sazişində görünür ki, 28 sentyabr 2014-cu il təvəllüdlü X4, 28 avqust 2016-ci il təvəllüdlü X5, 15 aprel 2021cü il təvəllüdlü X6 və 12 avqust 2024-cü il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat aliment pulunu anası X8 ödəyəcəyini öhdəlik götürür. Alimentin hesablanması 2025-ci ilin yanvar ayının 01-dən başlamaqla, hər ayın 01-də bank köçürülməsi yolu vasitısi ilə X8 ödəyəcəyini öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin yanvar ayındən başalayaraq hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 03 fevral 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 08 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00024 saylı barışıq sazişi təsdiq edilsin. 01 yanvar 2025-ci ildən başlayaraq Maraqlı şəxs 28 sentyabr 2014-cu il təvəllüdlü X1, 28 avqust 2016-ci il təvəllüdlü X2, 15 aprel 2021-cü il təvəllüdlü X3 və 12 avqust 2024cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat, dörd üşağa görə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar