Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-892/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Şərəfə kəndində fərdi yaşayış evi vardır. Qaz sayğacını xx.xx.2022-ci ildə işçiləri ******* nömrəli akt yazaraq heç bir qüsur aşkarlamadan yeniləmişdilər. Qeyd olunan tarixdən üç ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt yazaraq, 8640 m3 dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi məbləğin ödənilməsini tələb etmişdir. Təkrar yazılan aktdan xəbəri olmamış, imzasının qarşısına çəkilən imzalardan xəbərsizdir, açılıb yenilənən sayğac tam olaraq işlək vəziyyətdə olmuşdur. Hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 8640 m3qaz sərfiyyatı silinməlidir. Ona məxsus olan qaz sayğacı xususi nəzərdə tutulmuş dövlət pulombu ilə plomblanmışdır, xaricdən müdaxilə mümkün ola bilməzdi, yazılan akt sayğac dəyişən vaxt yazılmamışdır. Qaz sayğacının həyətdən evdən aralıda küçədə olması və üzərində qoruyucu qutu və ya hər hansı bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə də vətəndaş məsuliyyət daşımamalıdır. Odur ki, tərtib olunmuş aktlar əsassızdır, heç bir ekspertiza təyin edilmədən və ekspert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazılmışdır. Qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekspertiza keçirilməli və ekspert rəyi alındıqdan sonra həmən rəyin bir nüxsəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır. Cavabdeh təşkilatın əməkdaşları bu qaydalara riayyət etməməklə qanunsuz akt tərtib etmişdilər. Tərtib etdikləri aktları bir ay sonra Masallı regional “ASAN xidmət” mərkəzindən ala bilmişdir. Bütün bunlar isə onu göstərir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara görə tərtib olunmuşdur. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə,“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bənidnə və Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın müvafiq bəndlərinə istinad etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçının fərdi yaşayış evinə verilən təbii qazın sərfiyyatını qeydə alan sayğac növbəti Dövlət yoxlaması üçün çıxarılmış, sayğac labaratoriya şəraitində yoxlanılmış, müəyyən edilmişdir ki, sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğacın hesablama mexanizminin qapağı yan tərəfədən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Baş vermiş problem (qaz itkisi, müdaxilə) kimi qiymətləndirilmişdir. Bununla bağlı xx.xx.2022-ciil tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2022-ciil tarixli, ******* saylı aktda texniki səhv nəticəsində sayğacın həyətdən kənarda olduğu göstərilmişdir. Əslində mübahisəli sayğac həyət daxilində, yəni abonent tərəfindən çəpərlənmiş ərazidə yerləşir. Belə olan halda sayğacda kənar təsir nəticəsində baş vermiş qüsura görə cavabdeh məsuliyyət daşıya bilməz. Hər bir şəxs sərf etdiyi təbii qazın dəyərini ödəməli və sayğaca müdaxilə etməməlidir. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı aid fərdi yaşayış evinə verilən qaz sərfiyyatını qeydə alan zavod nömrəsi 10601559 olan qaz sayğac növbət Dövlət yoxlaması üçün çıxarılmış, sayğac yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” MSK-29/1710-04526-1 saylı aktda göstərilir ki, zavod nömrəsi 10601559 olan qaz sayğacına ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Qaz-itkisi müdaxilə. 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğacın hesablama mexanizminin qapağı yan tərəfədən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. AzeriExpress poçt xidmətinə aid sənəddən görünür ki, 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt İddiaçı göndərilmişdir. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması göstərilmiş, baş vermiş nöqsan müdaxilə, qaz itkisi kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır. Cavabdehin nümayəndəsinin vəsatəti əsasında abonentə məxsus Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə verilən qaz sərfiyyatını qeydə alan mübahisəli sayğacın yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı mübahisəli sayğacın yerləşdiyi ərazinin abonentin evindən təxminən 10-15 metr aralığında, onun tərəfindən dəmir tor ilə əhatələnmiş çəpərin daxilində yerləşdiyi, həmin dəmir tor ilə əhatələnmiş çəpərin daxilində əlavə olaraq toyuq hininin, iddiaçıya məxsus ev quşlarının olması müəyyən edilmişdir (bax.CD). Abonentin iştirakını təmin etmək üçün dəfələrlə o, səslənmiş, evdə heç kimin olmadığı müəyyən edilmiş, qonşular ev sahibinin yas mərasimi ilə əlaqədar evdə olmadığını bildirmişdilər. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsassız hesab edir.
1. Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin nümayəndəsi tərəfindən təsdiq edilmiş “Qaz sayğaclarının yoxlanılması barədə” MSK-29/1710-04526-1 saylı aktda göstərilir ki, zavod nömrəsi 10601559 olan qaz sayğacına ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. Qaz-itkisi müdaxilə.
2. 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın plastmas qapağının alt hissəsi deşici alətlə deşilib, sayğacın hesablama mexanizminin qapağı yan tərəfədən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var.
3. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namq Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hesabatın “Aşkar edilmiş nöqsan” adlanan hissəsində sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri olması göstərilmiş, baş vermiş nöqsan müdaxilə, qaz itkisi kimi qiymətləndirilmiş, “Dəymiş ziyan həcminin hesablanması hissəsində “qaz sayğacının nominal qaz sərfi 4 kub/metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub/metr itirilmiş qaz hesablanmışdır.
4. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi sayğacın mühafizə olunmayan ərazidə yerləşməsi və belə vəziyyətdə sayğacda baş vermiş problemə görə onun məsuliyyət daşımaması ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, iş materiallarında olan CD diskdəki görüntüdən görünür ki, cavabdehin nümayəndəsinin vəsatəti əsasında abonentə məxsus Masallı rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinə verilən qaz sərfiyyatını qeydə alan mübahisəli sayğacın yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı mübahisəli sayğacın yerləşdiyi ərazinin abonentin evindən təxminən 10-15 metr aralığında, onun tərəfindən dəmir tor ilə əhatələnmiş çəpərin daxilində yerləşdiyi, həmin dəmir tor ilə əhatələnmiş çəpərin daxilində əlavə olaraq toyuq hininin, iddiaçıya məxsus ev quşlarının olması müəyyən edilmişdir. Mübahisəli sayğacın yerləşdiyi ərazinin ümumi istifadədə olan ərazi olmaması müəyyən edilmişdir. Beləliklə, işin müəyyən olunan hallarına əsasən iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində quraşdırılmış mübahisəli sayağac iddiaçının həyətinin daxilində yerləşmiş, belə olan halda isə sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyula bilməz. Cavabdeh təşkilat belə olan halda sayğaca hər hansı müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət zamanı yarana biləcək qüsurlarla bağlı cavabdehlik daşıya bilməz. Məhkəmə hesab edir ki, həyətdaxilində quraşdırılan sayağaca müdaxilə, o cümlədən onun işləmə prinsipini pozan hər hansı hərəkət qaz sərfiyyatına müdaxilə edilməsi məqsədilə birbaşa qəsdlə törədilən əməldir.
5. Belə bir vəziyyətdə sayğacın işləmə prinsipini pozan hər hansı hərəkətin məqsədli şəkildə edilməsinin istehlakçının özü tərəfindən edilməməsi ilə razılaşmaq o, anlama gələr ki, hər hansı bir şəxs abonentin xeyrinə sayğacın işləmə prinsipini pozan hərəkət edir. Bu isə qəbul edilən deyil. Əksini, düşünmək o, olardı ki, Cavabdeh İB hər bir sayğac üzrə xüsusi texniki vasitə quraşdıraraq, çəkiliş vasitəsi ilə qeydə almalıdır ki, bütün bu proseslər necə baş verir. Cavabdeh İB-nin isə belə bir öhdəliyi yoxdur.
6. Şəxsin aktın yazılmasında iştirakının təmin edilib-edilməməsi məsələnin bir başqa tərəfidir və təbii ki, həmin məsənin qanunauyğun həyata keçirilməməsi həmin şəxsin məsuliyyətinə səbəb ola bilər. Lakin bütün bu məsələlər Dövlətə vurulmuş zərərin ödənilməməsinin əsası ola bilməz. Həmin qeyd edilən məsələlər buna cavabdeh olan şəxsin məsuliyyət məsələsinin əsası kimi çıxış edə bilər. Məsələn, yoxlama zamanı hər hansı abonentin kənar xətt vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilir, bu video dayışıcı vasitəsi ilə qeydə alınır, lakin aktın tərtibində müəyyən nöqsana (abonentin iştirak edib-etməməsi barədə qeyd olmur) yol verilir. Bu o, demək deyil ki, qeyd edilən fakt olmamış, həmin fakt nəticəsində Dövlətə zərər dəyməmişdir və dəymiş həmin zərər ödənilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması adlanan 79-1-ci maddəsində göstərilir ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4749/2021 saylı qərarının 34-cü bəndinə göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması real sərfiyyatı əhatə etməməsi ilə bağlıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. “Qazdan istifadə Qaydaları” na 2 nömrəli əlavə ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi” nin forması təsdiqlənmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasn istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdehnə və Lənkəran X2 İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 8640 m3 qaz sərfiyyatının və hesablanmış borcun silinməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev