Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-894/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə. İddiaçı CavabdehƏ qarşı borcun azaldılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 CavabdehƏ qarşı borcun azaldılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 14 mart 2023-cü il tarixdə İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı CavabdehƏ qarşı borcun azaldılması tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-894/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-894/2023
14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver