Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-898/2023 04.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,8482 ha torpaq sahəsinin verilməsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara ailə üzvləri ilə birlikdə 0,8482 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Lakin həmin çıxarışda texniki səhv nəticəsində adı səhvən “X9” kimi yazılmışdır. Halbuki, adı “Ərizəçi” dır. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə torpaq sənədində səhv olduğundan sənədləşmə edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il qeydiyyat tarixli, **********78 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Miyanku kəndində yerləşən 0,8482 ha torpaq sahəsi üzərində X3, X1, X6, X4 və X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 185 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1951-ci ildə doğulmuşdur, atası X14, anası X13r. Nikah haqqında arayışdan görünür ki, X5 ilə Ərizəçi arasında 11 iyul 1991-ci il tarixdə bağlanmış nikah, 34 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Abasova” soyadı verilmişdir. Masallı rayon Miyankü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********78 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda 3-cü sırada adı keçən X9-Ərizəçi kimi oxunmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, **********78 reyestr nömrəli çıxarışda düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçilər qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, xx.xx.2022-ci il qeydiyyat tarixli, **********78 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il qeydiyyat tarixli, **********78 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-898/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-898/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver