Məhkəmə qərarları › İş №2(050)-900/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-900/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-900/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə. Ərizəçi (maraqlı şəxlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2005-ci il JN№ 0144 kod 80514018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında övladlarım Tofiqzadə (Əkbərova) Sərvin Babək qızı və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tofiqzadə (Əkbərova) Sərvin Babək qızı və Maraqlı şəxs2 onun övladlarıdır. Masallı rayon Aqrar İslahatlar Komissiyası paybəlli torpağa görə 08 avqust 2005-ci il qərarı ilə JN № 0144 kod 80514018 nömrəli totpağın mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Yuxarıda göstərilən Dövlət Aktında övladlarının adları səhvən Tofiqzadə (Əkbərova) Sərvin Babək qızının adı X6, Maraqlı şəxs2 adı, X7 yazılmışdır. Yol verilmiş bu səhvlər isə hazırda onların bir çox hüquqlarını pozur. Baxmayaraq ki, həmin səhv onların deyil həmin Dövlət Aktını tərtib etmiş şəxslərin səhvi ucbatından baş vermişdir. Hazırda həmin Dövlət Aktını təqdim edib dövlət Reyestrindən çıxarış ala bilmirlər. Dövlət aktında səhvlər var. Bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etsə də məhkəməyə müraciət etməli olduğunu məsləhət görmüşlər. Odur ki, məhkəməyə müraciət etməl olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “Torpağa mülkiyyət hüququna” dair JN-0144 Kod 80514018 saylı dövlət aktının övladları Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilslərə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna” dair JN-0144 Kod 80514018 saylı dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 11 saylı qərarı ilə Masallı rayonu, Qızılavar kənd sakinləri Ərizəçi, X4, X3 və X5 0.47 hektar kənd təsərrüfatlı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ciil təvəllüdlü X2 və xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs2 atası X8, anası Ərizəçidır. Masallı RİHB-nın Qızılavar İƏD üzrə nümayəndəsinin və Masallı rayonu Qızılavar Bələdiyyəsinin 09 dekabr 2024-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, JN-0144 Kod 80514018 saylı dövlət aktında texniki səhv olaraq torpaq mülkiyyətçilərindən Əkbərova (Tofiqzadə) Sərvin Babək qızının adı səhvən X6 və Maraqlı şəxs2 adı X1 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, JN-0144 Kod 80514018 saylı dövlət aktında düzəliş edilməsi ilə əlaqədar Ərizəçi müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanuna uyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 11 saylı qərarı ilə 0.47 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-0144 Kod 80514018 saylı X9 (Əkbərova) Sərvin Babək qızına və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli, 11 saylı qərarı ilə 0.47 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-0144 Kod 80514018 saylı X9 (Əkbərova) Sərvin Babək qızına və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar