Məhkəmə qərarları › İş №2(050)-901/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-901/2023

11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-901/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X5, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 19 dekabr 2022-ci il tarixli NDM 030351 saylı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 6504 kvt. Elektrik enerjisi istifadəsi ilə bağlı 846 manat 17 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu Təzə Alvadı kəndində yerləşən evinə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay nəzarətçinin verdiyi bildirişə uyğun ödəmişdir. Cari ildən elektrik enerjisindən borcla bağlı xəbərdarlıqlar gəldiyindən müxtəlif ünvanlara müraciət etmişdir. Cavabdehin 31 yanvar 2023-cü il tarixli məktubundan aydın olmuşdur ki, ötən ilin dekabr ayının 19-da cavabdehin əməkdaşları sayğacın giriş xəttindən xüsusi sığac vasitəsilə kənar xətt olmasına görə akt tərtib edərək 6504 kvt elektrik enerjisi istifadəsi ilə bağlı ona 846.17 manat borc hesablanmışdır. Halbuki həmin aktın tərtibində iştirak etməmşdir. Sayğacdan kənar xətti olmamışdır. Sonuncu dəfə yoxlamadan 1 həftə əvvəl nəzarətçi sayğaca baxıb bildiriş vermişdir. Həmin vaxt əlavə xətt olsaydı, aşkar edilərdi. Lakin bu aşkar edilməmiş və 1 həftə sonra isə ona bir neçə ilə istifadə etdiyi elektrik enerji sərfiyyatı hesablanmışdır. 19 dekabr 2022-ci il tarixdə yoxlama aparmış şəxslər tərəfındən evdə enerji ilə işləyən bütün avadanlıqların bir neçə gün ərzində fasiləsiz işlədiyi halda nə qədər enerji sərf edəcəyi hesablanmış və buna uyğun olaraq 846 manat 17 qəpik dəyərində elektrik enerjisi istifadə edilməsi qənaətinə gəlinmişdir. Halbuki müxtəlif günlərdə elektrik avadanlıqlarından müxtəlif vaxtlar ərzində istifadə edilmiş, bəzən isə ümumiyyətlə istifadə edilməmişdir. Əvvəlki aylarda, eləcə də yoxlamadan 1 həftə əvvələdək istifadə edilmiş elektrik enerjisinin dəyəri isə nəzarətçinin verdiyi bildirişə uyğun ödənilmişdir. Bu da yoxlamanı aparmış şəxslərin gəldikləri nəticələrin reallığa deyil, fərziyyələrə əsaslanmasını göstərir. Fərziyyələrə əsaslanmış rəqəmlərə görə təyin edilmiş məbləğ isə reallığı əks etdirməməklə ədalətli hesab edilə bilməz. Bundan başqa yoxlamanı aparmış şəxslər elektrik enerjisi ilə işləyən hansı avadanlıqların olubolmamasını yoxlamadan, sayğacdan kənar xətdən istifadə edilib-edilməməsini araşdırmadan akt tərtib etmişlər. Bunun özü də aktın əsassız olmasını göstərir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borcunu hər zaman vaxtında ödəmişdir. Bu səbəbdən akt etibarsız hesab olunmalı, borc məbləği silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar X3 edildiyi aşkar edilmişdir. Belə ki, videogörüntülərə baxış keçirilərkən də açıq-aşkar görmək olar ki, iddiaçı qeyi-qanuni qoşulmadan istifadə etmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında arayışdan görünür ki, X7 ilə X8 arasında 27 oktyabr 2006-cı il tarixdə Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində 115 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Səfərova soyadı verilmişdir. İş materiallarında ölüm haqqında şəhadətnamədən görünür ki, X7 31 iyul 2022-ci il tarixdə Baş beyinin diffuz travması səbəbindən Masallı rayonu Təzə Alvadı kəndində ölmüşdür. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli, NDM 030351 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu Təzə Alvadı kəndində yaşayan abonent İbadulla Səfərova məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacın giriş xəttindən xüsusi sxac vasitəsi ilə götürməklə kənar xətdən istifadə edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Təzə Alvadı kənd sakini X4 “EİQ pozulması” ilə əlaqədar (NDM 030351) olaraq 846.17 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş X12 Təchizatı və Satış İdarəsi Masallı Elektrik Şəbəkəsi tərəfindən Masallı Rayonu Məhkəməsinə təqdim edilmiş video CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən abonent X2 fərdi yaşayış evinə bitişik elektrik sayğacına baxış keçirilən zaman orada sayğacın giriş xəttindən xüsusi sxac vasitəsi ilə götürməklə kənar xətdən evdə elektrik enerjisində istifadə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli, NDM 030351 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış sərfiyyatın silinməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim edilmiş görüntülərlə müəyyən edilmiş halları iddiaçının dəlillərini təkzib edir. Belə ki, həmin görüntülər ilə iddiaçının qeyd etdiyi xüsusat, yəni istifadə etdiyi elektrik enerjisinin kənar xəttdən istifadə etməməsini təsdiq etmir. Əksinə "xxxx" ASC tərəfindən təqdim edilmiş görüntülər elektrik enerjisinin kənar xəttdən istifadə etməsini təsdiq edir və aktın əsaslı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə iddianın tərtib edilmiş əsassız aktla əlaqədar dəymiş ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, aktın etibarsız hesab edilməsi hissədə iddia təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından ziyan tələbi hissədə iddianın əsaslı olub-olmaması müzakirə edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar