Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-928/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci ildə Masallı rayonunda anadan olmuş əri X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı ildə Masallı rayonunda anadan olmuş və hazırda Masallı rayon Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahından üç uşağı dünyaya gəlmişdir. X8 əvvəllər sağlam olsa da, sonradan səhətində bir neçə xəstəliklər aşkar olunmuşdur. Ona xəstəliyi ilə əlaqədar birinci dərəcəli əlillikdə təyin etmişlər. Bir neçə ölkədə müalicələr olunsa da xəstəliyi dahada artmışdır. X8 hazırda onunla yaşayır, xəstədir və birinci qrup əlildir. Ərinin xəstəliyi hal-hazırda şizofreniya, paranoid forma, psixi deffekt xəstəliyindən əziyyət çəkir. Əri hazırda tam fəaliyyət qabiliyyətsizdir, öz hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin nəticəsini dərk etmir. Əri fəaliyyət qabiliyyətsiz hesab edilərsə, dövlət tərəfindən onun üçün müəyyən edilmiş imtiyazlara malik olacaqdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1980-cı ildə Masallı rayonu Ərkivan qəsəbəsində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 1303 saylı rəydə qeyd edilmişdir ki, X2 şizofreniya paranoid forma psixi qüsur vəziyyəti xroniki psixi xəstəlik qeyd olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X4 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.1980-cı ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-cı ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-928/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-928/2024
11.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver