Məhkəmə qərarları › İş №2(050)-995/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-995/2025

18.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-995/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X3, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin sökülməsi və yolun açılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin sökülməsi və yolun açılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1ndə yerləşən 123.44 kv.m-lik qeyri-yaşayış binasının (yola) ünvan 1nə çıxışının təmin edilməsi, bu məqsədlə (yolun çıxışında) cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikililərin (ticarət obyektlərinin) cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə müvafiq alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını və onun altında yerləşən torpaq sahəsini satın almışdır. Hazırda ünvan 1 ünvanında yerləşən 123.44 kv.m qeyri-yaşayış binası və altında olan 0,0176 ha torpaq sahəsi (qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********64-06301 olan) müvafiq çıxarış və texniki pasporta əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməklərinin əsas iddiaçıya məxsus qeyriyaşayış binasının 20 Yanvar küçəsinə çıxışını təmin edən yolun cavabdehlər tərəfindən zəbt olunması ilə əlaqədardır. Belə ki, cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin çıxışında qanunsuz tikintilər (ticarət obyektləri) tikmiş və nəticədə iddiaçıya məxsus qeyri-yaşayış binasının 20 Yanvar küçəsinə çıxışı bağlanmışdır. Həmin tikililərin heç bir qanuni əsası, mülkiyyət, tikintiyə icazə və s. sənədləri olmamış və mövcud tikili özbaşına tikili statusundadır. Həmin tikililərin sökülməsi ilə bağlı bir neçə dəfə cavabdehlərə bildirilsə də, onlar bunu etməmişlər. Cavabdehlərin qanunsuz tikililəri İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, yolun bağlanması iddiaçıya qeyriyaşayış binasının təyinatı üzrə istifadəsini çətinləşdirir. Mövcud vəziyyət iddiaçıdan xüsusi mülkiyyətində olan sahədən istifadə etməsinə, icarəyə verib obyektdən gəlir götürməsini mümkünsüz edir, bazar dəyərini qat-qat aşağı salır. Beləliklə, cavabdehlər Cavabdeh1 Ələm qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən həyata keçirilmiş qanunsuz tikintilər nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırda həmin tikililərin cavabdehlər tərəfindən boşaldılaraq tərk edilməsi, onların hesabına sökülməsi və iddiaçıya məxsus ünvan 1ndə yerləşən 123.44 kv.m-lik qeyri-yaşayış binasının 20 yanvar küçəsinə çıxışının bərpa edilməsi zərurəti yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin icraatında olan 2(050)-12/2025 saylı mülki işin iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər X11, X7, X8, X4, X9, Cavabdeh1 Ələm qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X16, X13, X14, X12, X15, Cavabdeh1 Ələm qızı, Cavabdeh2 və Cavabdeh3 üzərinə İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər tərəfindən boşaldılaraq, onların hesabına sökülməsi, iddiaçının 20 yanvar küçəsinə (yola) çıxışına yaradılmış hərəkətlərin (maneələrin) çavabdehlərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq alqı-satqı müqavilələri əsasında ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsini və onun altında yerləşən torpaq sahəsini və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını və onun altında yerləşən torpaq sahəsini almışdır. Hazırda ünvan 2 ünvanında yerləşən 2127.10 kv.m qeyri-yaşayış binası və altında olan 0.3557 ha (35 sot) torpaq sahəsi (qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********01-06301 olan) və ünvan 1 ünvanında yerləşən 123.44 kv.m qeyri-yaşayış binası və altında olan 0.0176 ha torpaq sahəsi (qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********64-06301 olan) müvafiq çıxarış və texniki pasportlara əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddia ərizəsi ilə məhkəməyə müraciət etməklərinə əsas iddiaçıya məxsus olan torpaq sahəsində qanunsuz tikintilərin həyata keçirilməsi və bu özbaşına tikintilərin nəticəsində iddiaçının torpaq sahəsinin sərhədlərinin kobud surətdə pozulması eləcə də iddiaçıya məxsus qeyri-yaşayış binasının 20 Yanvar küçəsinə çıxışını təmin edən yolun bağlanmasıdır. Belə ki, X16, X13, X14, X12, X15, Cavabdeh1 Ələm qızı, Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq İddiaçı məxsus torpaq sahəsində qanunsuz tikinti həyata keçirərək onun torpağını zəbt etmişlər. İddiaçı məxsus torpaq sahəsində tikililərin heç bir qanuni əsası, mülkiyyət, tikintiyə icazə və s. sənədləri olmamış, tamamilə özbaşına tikinti həyata keçirilmişdir. Buna baxmayaraq həmin şəxslərə dəfələrlə iddiaçı tərəfindən humanist davranış göstərilərək danışıqlar aparılmış (həm şifahi, həm məktublar vasitəsilə), lakin iddiaçının həmin ünvandakı qeyri-yaşayış sahəsi və torpağı mülkiyyətinə keçirdikdən uzun müddət keçməsinə baxmayaraq heç bir razılıq əldə olunmamışdır və həmin şəxslərin qərəzli hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Belə ki, həmin qanunsuz tikintilər nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri pozulmuş və faktiki olaraq təxminən 120 kv.m (bəlkədə daha çox) iddiaçının torpaq sahəsi zəbt olunmuşdur. Eyni zamanda həmin tikintilər nəticəsində iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən qeyri-yaşayış binasının 20 Yanvar küçəsinə olan çıxışı bağlanmışdır. X1, X13, X14, X12, X15, Cavabdeh1 Ələm qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı məxsus torpaq sahəsində həyata keçirilmiş qanunsuz tikintilər nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hazırda həmin tikililərin cavabdehlər tərəfindən boşaldılaraq tərk edilməsi, onların hesabına sökülməsi və iddiaçının torpaq sahəsinin sərhədlərinin bərpa məqsədilə mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin iş üzrə Masallı Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(050)- 19/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər X11, X7, X8, X4, X9, Cavabdeh1 Ələm qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraat Şirvan İnzibati Məhkəməsinin icraatında olan; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Cavabdeh1 Ələm qızına, Cavabdeh2 və Cavabdeh3 məxsus Masallı şəhəri, S.Vurğun küçəsində (köhnə bazar adlanan ərazidə) yerləşən 0,0047 ha torpaq sahəsində inşa edilmiş 84 kv.m qeyri-yaşayış sahəsinə verilmiş ********** qeydiyyat nömrəli, **********60-06301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair 2-1(120)-3341/2022 saylı inzibati iş üzrə, iddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin X23 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “çıxarışa düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-3653/2024 saylı inzibati iş üzrə, iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı "İddiaçı verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Masallı RİHB-nın ona torpaq ayrılması barədə xx.xx.1996-cı il tarixli, 804 saylı sərəncamı ilə verilmiş 48 kv.metr torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi" tələbinə dair 2-1(120)-3654/2024 saylı inzibati iş üzrə, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı "İddiaçı verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Masallı RİHB-nın ona torpaq ayrılması barədə xx.xx.1999-cu il tarixli, 439 saylı sərəncamı ilə verilmiş 56 kv.metr torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi" tələbinə dair 2-1(120)- 3654/2024 saylı inzibati iş üzrə, iddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin X23 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı iddiaçının istifadəsində olan obyektə İddiaçı Xankışı qızının adına verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair 2- 1(120)-1283/2024 saylı inzibati iş üzrə, iddiaçı Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin X23 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “İddiaçı Xankışı qızına verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Masallı RİHB-nın sərəncamı ilə ayrılmış 45 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə dair 2-1(120)-3656/2024 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Görünüdüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Masallı Rayon Məhkəməsinin icraatında iş vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikililərin sökülməsi və yolun açılması tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar