Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1006/2020 21.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, sənədin məxsusluğu faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçiərizəilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər N.Rəfibəyli küçəsi 5 saylı evin 11 saylı mənzilinə xx.xx.1963-cü il tarixli 411 saylı orderin X6 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər XDS İKnın qərarı ilə 1963-cü il tarixdə atası X7 Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 5 saylı evin 11 saylı mənzili verilmişdir. Lakin atası X5 adına verilmiş xx.xx.1963-cü il tarixli 411 saylı orderdə atasının və atasının ata adı düzgün göstərilməmişdir. X10 əvəzinə səhfən “X16” kimi qeyd olunmuşdur. Atası X10 xx xxxx 2002-ci il tarixdə kəskin qan dövranının dinamiki pozğunluğu səbəbindən vəfat etmişdir. Hazırda atasında miras qalmış əmlakın sənədləşdirilməsi zərurəti yaranmışdır. Lakin atasının adının xx.xx.1963-cü il tarixli 411 saylı orderdə düzgün qeyd edilməməsi səbəbindən miras qalmış əmlakın sənələşdirilməsi müəyyən çətinliklər yaranmışdır. Ona görə də Mingəçevir şəhər N.Rəfibəyli küçəsindəki 5 saylı evin 11 saylı mənzilinə dair xx.xx.1963-cü il tarixli, 411 saylı orderin X6 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Mingəçevir şəhər İcra Hakmiyyətinin etibarnamə üzrə nümayəndəsi X11 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş Mingəçevir şəhər 5 saylı MİS-nin xx xxxxxx 2020-ci il tarixli, 54 saylı arayışından görünür ki, Sədri X1 şəhərinin N.Rəfibəyli küçəsindəki 5 saylı evin 11 saylı mənzilində yaşayır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. İşə əlavə edilmiş nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Cabir oğlu və X2 arasında nikahın bağlanması xx xxxxxx 2008-ci ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 494 nömrə ilə qeydə alınmışdır. İşə əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2002-ci ildə kəskin qan dövranının dinamiki pozğunluğundan vəfat etmişdir. İşə əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən verilmiş 210 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, N.B.Rəfibəyli küçəsi 5 saylı bina 1963-cü ildə istismara verilmişdir. İşə əlavə edilmiş Dövlət X3 tərəfindən verilmiş 206 saylı xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx xxxx 1963-cü il tarixli 8 saylı protokolunda C.S.Sədri adına ev bölgüsü qeydə alınmışdır. Ərizəyə əlavə olunmuş 411 saylı orderdən görünür ki, Mingəçevir şəhər İcraiyəə Komitəsinin x xxxx 1963-cü il tarixli qərarı ilə Mingəçevir Azərkabel zavodunda işləyən X9 “Bulvarnaya” (indiki N.Rəfibəyli.) küçəsi 5 saylı evin yaşayış sahəsi 43,62 kvm ibarət yaşayış mənzili beş nəfər ailə üzvü ilə birlikdə X9 verilmişdir. Məhkəmə, sadalanan sübutları müqayisəli şəkildə tədqiq edib, məcmu halda qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğuna dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi göstərilən hüquqmüəyyənedici sənədin ona məxsus olması faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunmasıüçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Mingəçevir şəhər N.Rəfibəyli küçəsi 5 saylı evin 11 saylı mənzilinə xx.xx.1963-cü il tarixli 411 saylı orderin X6 məxsus olması faktı müəyyən olunmuş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1006/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1006/2020
21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver