Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1008/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ HakimHüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizam qızının katibliyi, X6, X12 Hakimiyyətinin nümayəndələri X5 və X3 iştirakı ilə, X12 Hakimiyyətinin 14 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X6 onun Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə olunması barədə X12 Hakimiyyətinin İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 izahatında göstərdi ki, X12 Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X7 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Lakin o həmin qərarla razı deyildir. Belə ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi həyat yoldaşı Əsgərova Könül Təvəkkül qızına məxsusdur. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həyat yoldaşına məxsus fərdi yaşayış evinin tikintisi üçün lazım olan eskiz layihə Mingəçevir şəhərinin baş memarı E.Abdullayev ilə razılaşdırılmışdır. Həmin ərazidə həyat yoldaşı Könül Əsgərova heç bir özbaşına tikinti işləri aparmamış, əksinə qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri yerinə yetirmişdir. Belə olan halda onun əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş edir. X12 Hakimiyyətinin nümayəndələri X5 məhkəmə iclasında göstərmişdir ki, onun tərəfindən X4 tikdirdiyi evə və onunla razılaşdırılmış eskiz lahiyyəsinə baxmışdır. Sözügedən tikili ilə lahiyyə eynilik təşkil edir və heç bir əlavə tikili tikilməmişdir. Tikili şəhərsalma qaydalarına və lahiyəyə uyğundur. Ona görə də qərardan şikayətə baxılmasında qanuna müvafiq qərarın verilməsini xahiş edir. Məhkəmə iclasında X12 Hakimiyyətinin nümayəndəsi X1 Elman Əbdüləli oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək qanuna müvafiq qərarın verilməsini xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. İşə əlavə olunmuş X12 Hakimiyyətinin 14 saylı, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 300 manat cərimə edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş eskiz layihəsinin surətindən görünür ki, eskiz layihəsi Mingəçevir şəhərinin baş memarı E.Abdullayev ilə razılaşdırılmışdır, eskiz layihəsi Azərbaycan Respublikası X12 Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin peçatı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manat cərimə edilir. İş materialları, şikayət vermiş şəxsin izahatı və iş materiallarından görünür ki, X6 barəsində tərtib edilmiş inzibati qərarın əsası yoxdur. Belə ki, sözügedən maddədə göstərildiyi kimi göstərilən inzibati xətanın tərkibinin yaranması üçün iki halın mövcud olması mütləqdir. Birincisi müəyyən tikintinin tikinti obyektlərinin inşa edilməsi, ikincisi isə tikintinin inşa edilməsi üçün icazənin alınmaması. İnzibati xətanın mövcud olması üçün əməldə tərkib olması müəyyən olunmur. Belə ki, iş materiallarından da görünür ki, sözügedən ərazidə tikinti işlərinin aparılması Mingəçevir Şəhər baş memarından müvafiq icazə alınmışdır. Belə olan halda E.Əsgərovun əməlində sözügedən maddənin tərkibi olmaması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayət təmin edilsin. X12 Hakimiyyətinin 14 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1008/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1008/2020
22.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver