Məhkəmə qərarları › İş №2(051)-1014/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1014/2022

10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1014/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarına əsasən Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin, 5 saylı mənzilinin anası X3 məxsus olmasını təsdiq edən orderin anasına məxsusluğu faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin Ərizəçi məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, anası X4 01.07.1945-ci il tarixdə anadan olmuşdur. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin, 5 saylı mənzilinin anası X3 məxsus olması haqqında 14.10.1971-ci il tarixli 9№-li qərarıilə order verilmişdir. Anasının adı “Afaq” olduğu halda, həmin aktda səhvən “Afat” kimi qeyd olunmuşdur. Anasına məxsus bütün sənədlərdə adı Afaq kimi qeyd edilmiş, lakin sözügedən aktda səhvən “Afat” kimi yazılmışdır. Təmsil etdiyi şəxsin anası 01.01.2021-cu il tarixdə vəfat etmişdir. Ondan həmin torpaq sahəsi miras qalmışdır. Hazırda o, Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin, 5 saylı mənzili sənədləşdirmək istəyir. Lakin orderdə anasının adı səhv qeyd olunduğundan, bu hüququndan istifadə edə bilmir. Hesab edir ki, orderin anasına məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 01.01.2021-cu il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarı əsasında verilmiş orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin, 5 saylı mənzilinin X3 məxsus olmasını təsdiq edən order verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin mərhum anasına Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarına əsasən Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin, 5 saylı mənzil X3 order əsasında verilmişdir. Lakin həmin sənəddə mərhum X1 adı səhvən “Afat” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən mənzilə dair hüquq müəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarı əsasında verilmiş orderi mərhum X2 məxsusdur, həmin sənəddə yazılmış “Afat” adı “Afaq” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən mənzilə dair çıxarış alması üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarı əsasında verilmiş order hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər XDS İcraiyyə Komitəsı tərəfindən verilmiş 14.10.1971-ci il tarixli 9№-li qərarı əsasında verilmiş orderin mərhum anası, yəni X2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. Mingəçevir şəhəri Nizami küçəsi 13 saylı evin 5 saylı mənzilinin Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14.10.1971-ci il tarixli 9№-li qərarı ilə verilmiş order əsasında anası X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar