Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1035/2020 20.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Ərizəçi iştirakı ilə, “X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx xxxx 1978-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs qəyyumluq və himayə komissiyasına məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı xx xxxx 1978-ci il təvəllüdlü X5 xx xxxxxx 2015-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası psixo-nevroloji dispanserdə «paranoid şizafreniya fasiləsiz gedişli paranoid qüsur halı» diaqnozu ilə xəstədir. Nurlan xəstə olduğu üçün öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmədiyindən həmişə kənar şəxsin köməyinə ehtiyacı vardır. Ona görə də xx xxxx 1978-ci il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunmasını xahiş edir. Məhkəməərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx xxxx 1978-ci il təvəllüdlü X1 şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanda yaşayır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1978ci il təvəllüdlü X3 valideynləri X7 və X4r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1975-ci il təvəllüdlü X2 valideynləri X7 və X4r. İşə əlavə olunmuş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji dispanserinin xx xxx 2020-ci il tarixli, 703 saylı arayışından görünür ki, 1978-ci il təvəllüdlü X5 xx xxxxxx 2015-ci il tarixdən Mingəçevir Psixo-Nevroloji dispanserində «paranoid şizafreniya fasiləsiz gedişli paranoid qüsur halı» diaqnozu ilə qeydiyyatdır. İşə əlavə olunmuş xəstənin ambulator tibbi kartasından çıxarışdan görünür ki, X5 «paranoid şizafreniya fasiləsiz gedişli paranoid qüsur halı» diaqnozu ilə xəstədir. İşdə olan məhkəmə-psixiatriya ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 507 saylı rəyində göstərilir ki, X5 xroniki psixi xəstəlik olan «şizofreniya paranoid forma, terapevtik remissiya vəziyyətində XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.1 xəstəliyi keçirdiyindən hal-hazırda öz əməlinin faktiki xarakterini tam idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında xx xxxx 1978-ci il təvəllüdlü X3 Ərizəçi qardaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin olunsun. xx xxxx 1978-ci ildə Mingəçevir şəhərində doğulmuş və ünvan 1 ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1035/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1035/2020
20.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver