Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1038/2020 01.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3000 manat kompensasiya verməklə onun mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahişetmişdir. İddiaçı məhkəmə iclasındaiddiatələbinin həcmini artıraraq izahatında göstərmişdirki, o, Cavabdeh1 ilə 1983-cü ildə nikaha daxil olmuş, 2004-cü ilin aprel ayında isə həmin nikah Mingəçevir Şəhər Məhkəməsində pozulmuşdur. Cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 onların övladlarıdır. Onun mülkiyyətində olan, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, 1 saylı evin 7 saylı mənzili xx.xx.1999-cu ildə 3691 reyestr nömrəsi ilə, onun adına qeydə alınmışdır. Sonradan mənzilin sənədləri itdiyinə görə xx.xx.2011-ci il tarixdə həmin mənzil ********** nömrə ilə yenidən onun adına qeydiyyata alınmış və bununla bağlı DƏDRX 17 saylı Yevlax ərazi idarəsi tərəfindən onun adma MA seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdehlər 1999-cu ildə mülkiyyətində olan həmin mənzili könüllü tərk edərək yaşamaq üçün Rusiya Federasiyasına çıxıb getmişlər. Yalnız 2004-cü ildə Cavabdeh1 Rusiya Federasiyasından gəlib Mingəçevir Şəhər Məhkəməsinə nikahın pozulmasına dair ərizə vermiş və nigahı pozdurub geri qayıtmışdır. Nigahın pozulmasından onun xəbəri olmamışdır. Cavabdeh2 2012-ci ilin iyul ayında Bakı şəhər sakini X2 ilə ailə qurmuş və həmin vaxtdan da Bakı şəhərində yaşamışdır. Nəhayət, digər Cavabdeh3 o biri cavabdehlər kimi 1999-cu ildə onun mülkiyyətində olan mənzili könüllü tərk edərək anası ilə birgə Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi anası ilə orada yaşayır. Cavabdehlərin həmin mənzildən könüllü surətdə çıxıb getmələri və orada yaşamadıqları barədə qonşuların iştirakı ilə 11 saylı MİS tərəfindən birgə akt tərtib edilmiş, həmin akt bir neçə dəfə Mingəçevir Şəhər Məhkəməsinə təqdim olunmuş və hal-hazırda onun surəti bu iddia ərizəsinə də əlavə olunur. Yalnız mən, 2017-ci ilin sentyabr ayında Bakı şəhərində DİN-nin Hospitalında, Kardiologiya şöbəsində müalicə alan zaman (2011ci ildə ürəyindən açıq əməliyyat olunmuşdur) cavabdeh Əliyeva X1 şəhərinə gələrək mülkiyyətində olan mənzilin qapısını qırmış və beləliklə mənzilə daxil olmuşdur. O Hospitaldan qayıtdıqdan sonra bundan xəbər tutmuş və X5 Şöbəsinə müraciət etmişdir. Lakin Polis Şöbəsindən ona bildirdilər ki, bu iş məhkəməyə aid olduğu üçün ora müraciət etməlidir. Ona görə də onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3000 manat kompensasiya verməklə onun mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilini valideynləri birgə nikah dövründə əldə ediblər. O da uşaqlığından həmin mənzildə yaşamışdır. Göstərilən mənzildə qeydiyyatda olmaqla həmin mənzildən faktiki istifadə edir. Göstərilən mənzildə o uşaqlığından yaşamaqla qeydiyyatdadır. Həmin mənzildə hətta övladları da qeydiyyatdadır. Mənzil bu yaxınlıqlarda anasının vəsaiti hesabına təmir olunmuşdur. Sözügedən mənzil onun istifadəsində olmasını və onun başqa bir yaşayış yerinin olmamasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə teleqram göndərərək İddiaçı tərəfindən verilmiş iddia tələbini qəbul etmədiklərini və işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-415/2018 nömrəli xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməsi, İddiaçı Məhəmməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilə Cavabdeh1 payı 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payı isə 1/3 hissədə müəyyən edilməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinin qalan hissəsi təmin edilməməsi, iddiaçı (Müstəqil tələb irəli sürən 3-cü şəxs) Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilə istifadə hüquqlarının tanınması tələbinə dair iddia tələbi təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-265/2019 saylı, xx.xx.2019-cuu il tarixli qərardaddan görünür ki, apelyasiya şikayəti qismən təmin olunmuş, Mingəçevir şəhər məhkəməsinin 2(051)-415/2018 nömrəli xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin “vı qeyrilərin mənzildən çıxarılması” hissəsi ləğv edilməsi və ərizə həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmədə müəyyən olundu ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdehlərin istifadə hüquqları vardır. Həmin hüquqlar Cavabdeh1 dair hissədə mənzil əldə olunandan və Cavabdeh2 ilə Cavabdeh3 aid hissədə anadan olduqları vaxtdan yaranmışdır. Hazırda İddiaçı öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehlərin sözügedən mənzildən 3000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya kimi 3000 manat məbləğində pul təklif etməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Belə ki, mübahisəli mənzildə hazırda Cavabdeh2 öz övladları ilə birgə yaşayır. Cavabdeh2 himayəsində iki nəfər azyaşlı uşaqları vardır və iddia təmin ediləcəyi təqdirdə uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi və ya torpaq sahəsi yoxdur. Cavabdehlər göstərilən məbləğə razı olmamışdır. Cavabdehlərə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 5000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. İki uşaq da olmaqla cəmi 5 nəfərdən ibarət ailə üzvünün 3000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehlərin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehlərin istifadə hüququnun yaranma müddəti, cavabdehlərin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehlərin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehlərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Bundan başqa qətnamə qəbul olunarkən uşaqlar barəsində görülən bütün tədbirlər də uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməli, uşaqların hüquqları daha üstün tutulmalı, hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalı və dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. İş materiallarından da görünür ki, cavabdehin himayəsində iki nəfər azyaşlı uşağı var və onların digər yaşayış yerləri yoxdur. Odur ki, məhkəmə hesab edir ki, azyaşlı uşaqların da mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1038/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1038/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver