Məhkəmə qərarları › İş №2(051)-105/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-105/2021

19.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-105/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh4 Sərvər qızına qarşı mənzildən çıxarılma tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sərvər qızına qarşı mülkiyyətində olan Mingəçevir şəhəri 3-cü Günəşli döngəsi 18 № li evə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh4 Sərvər qızının mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh4 Sərvər qızına məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri 3-cü Günəşli döngəsi 18 saylı evi iddiaçı xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviəsinə əsasən almış, mülkiyyət hüququ isə xx xxxxxx 2017-ci ildə qeydə alınmışdır. Cavabdeh4 qardaşı Elməddinin arvadıdır. Cavabdeh hazırda iddiaçının evində yaşayır. İddiaçı xx xxxxxx 2017-ci ildə X7 ilə evlənib ailəsini həmin mənzilə gətirmişdir. Ancaq ailədaxili münaqişələr olması səbəbindən birgə yaşaya bilmədikləri üçün iddiaçı ailəsini kirayə çıxartmaq məcburiyyətində qalmışdır. Daha sonra valideynləri 2019-cu ildə iddiaçının qardaşı Cavabdeh3 evləndirib iddiaçının icazəsi olmadan arvadı Cavabdeh4 ilə birlikdə həmin evə köçürmüşlər. İddiaçı dəfələrlə ailə münaqişəsini könüllü həll etməyə çalışsa da heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçının övladı olmuş və həm kirayə, həm ailəsinin saxlanması xərclərini ödəməkdə çətinlik çəkir. İddiaçı valideynlərinin və qardaşının həmin mənzilə istifadə hüquqları olmasını qəbul edir. Lakin Cavabdeh4 iddiaçı ilə yaxın qohumluq əlaqəsi olmadığından, cavabdehə evində yaşamasına razılıq vermədiyindən, cavabdehin iddiaçının iradəsinə zidd olaraq onun mülkiyyətində olan evə köçdüyündən həmin evə istifadə hüququ yoxdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını, Cavabdeh4 Sərvər qızının iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri 3-cü Günəşli döngəsi 18 №-li evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında xx xxxxxx 2017-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 337 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın xx xxxxxx 2016-cı il tarixli AN-İ №-li ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi X1 şəhəri 3-cü Günəş döngəsi, 18 № li evi İddiaçı satmışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* № li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri 3-cü Günəş döngəsi, 18 № li ev xx xxxxxx 2017-ci ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri 3-cü Günəş döngəsi, 18 № li ev xx.xx.2017-ci ildən İddiaçı mülkiyyətindədir. İddiaçı həmin evi notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi ilə 2016-cı ilin yanvar ayında əvvəlki mülkiyyətçi X2 almış və mənzilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış əldə etmişdir. Cavabdeh4 iddiaçının qardaşı arvadıdır və iddiaçının razılığı olmadan onun mülkiyyətində olan evə köçüb həmin evdə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa azılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqularının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasnı tələb etmək hüququ varsa və mülkiyyətci ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətcisi ilə birlikfə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılması tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətcisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtifa edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsini, baba və nənənin nəvələrini saxlamaq vəzifəsini, nəvələrin baba və nənəni saxlamaq vəzifəsini, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsini, ögey oğul və qızların ögey ata və anasını saxlamaq vəzifəsini müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçının ailə üzvü deyil və cavabdehin mübahisəli evin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehin iddiaçının mülkiyyətində olan evə hər hansı bir hüququ olması müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh4 Sərvər qızı iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri 3-cü Günəşli döngəsi 18 №-li evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-241, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət e tdi : İddia təmin olunsun. Cavabdeh4 Sərvər qızı İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri 3-cü Günəşli döngəsi 18 №-li evdən çıxarılsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar