Məhkəmə qərarları › İş №2(051)-1050/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1050/2023

14.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1050/2023 14.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 11 may 1965-ci il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 11 may 1965-ci il təvəllüdlü bacısı Aygün Adıgözəlova uzun müddətdir ki, «Paranoid şizofreniya» diaqnozu ilə xəstədir. Uzun müddət stasionar və ambulator müalicə almasına baxmayaraq, nəticəsi olmamışdır. Bacısının daimi müalicəyə və qulluğa ehtiyacı var. Belə ki, Aygün öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyil. Onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi dövlət tərəfindən müəyyən edilən güzəşt və imtiyazlardan istifadə etmək üçün zəruri olmuşdur. Ona görə də bacısı X2 fəaliyyəti qabiliyyəti olmayan hesab edilməsi üçün ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X3 məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayə orqanına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxs Qəyyumluq və Himayə orqanın nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 11 may 1965-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 239 №-li xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, 1968ci il təvəllüdlü X3 həqiqətən xx.xx.2013-cü il tarixdən Şəki rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir və xx.xx.2023-cü il tarixdən hal-hazıradək stasionar müalicədədir. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X1 şəhəri, Ü.Hacıbəyov küçəsi 76 mənzil 10 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserindən verilmiş xx.xx.2013-cü il, 2120 saylı ambulator xəstənin tibbi kitabçasından görünür ki, X3 xx.xx.2013-cü il tarixdə «Paranoid şizofreniya» diaqnozu ilə qeydiyyata götürülmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 348 №-li rəyində göstərilir ki, X3 hal-hazırda xroniki psixi xəstəlik olan şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırkı ekspertiza zamanı öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 11 may 1965-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar