Məhkəmə qərarları › İş №2(051)-1052/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1052/2022

24.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1052/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X4 iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X11nin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X6 ilə birgə nikahlarından 31 dekabr 2003-cü il təvəllüdlü Rəvan adlı uşağı anadan olmuşdur. X11 anadangəlmə “kvadroplegk spestik serebral iflic” diaqnozu ilə xəstədir. Oğlu Rəvan əmək və fəaliyyət qabiliyyətsizdir. Kənar şəxslərin qulluğuna ehtiyacı var, öz hərəkətlərini dərk etmir, öznü idarə edə bilmir. Rəvan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə “Çox ağır əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır və İ dərəcəli əlildir. Onun daimi müalicəyə ehtiyacı var. Ona görə də ərizənin təmin olunmasını, oğlu 31 dekabr 2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X7 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 dekabr 2003-cü il ildə Mingəçevir şəhərində anadan olmuşlar. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 516 №-li, 02 aprel 2022ci il tarixli arayışda göstərilir ki, X1 Psixo-nevroloji Dispanserdə “çox ağır əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş ambulator məhkəmə-psixiatriya ekspertizasının 18 iyul 2022-ci il tarixli, 1881 №-li rəyində göstərilir ki, X5 dərin əqli geilik uşaq serebral iflici nəticəsində (F73) xəstəliyi keçirdiyindən öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin olunmalı, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 31 dekabr 2003-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar