Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1059/2022 18.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla borclu Maraqlı şəxs 80.000 manat borcunun olması barədə aralarında bağlanmış 21 fevral 2022ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası, 400 manat Mediator xidməti haqqının, vəkilə hüquqi xidmət üçün ödədiyi 200 manatın, cəmi 80.600 (səksən min altı yüz) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X5 ilə bir sinifdə oxumuşlar, çox yaxşı münasibətləri olmuşdur. Onun işi Rusiya Federasiyası ilə bağlıdır. Orada işləyib, qazanır. Azərbaycanda olanda tez-tez görüşüb, bir yerdə oturub, dərdləşir, Rusiyada olanda isə telefonla sıx əlaqələri olurdu. Bir gün söhbət əsnasında X5 ona bildirdi ki, yaxsı xidməti biznesində yaxşı qacanc var, yaxşı pul tap, ortaq biznes qurmasını təklif etdi. Qeyd etdiyi kimi, onun işi, qazancı Rusiya Federasiyası ilə bağlıdır, imkanlı biznesmen dostları vardır. Özündə olan pul və dostlarından aldığı pullardan X3 göndərməyi planlaşdırdı. 02 avqust 2021-ci il tarixdən X3 80.0000 (səksən min) manat pul göndərdi. Bir yerdə böyümüşlər, sinif yoldaşı olmuşlar, inanmışdır ona. Ortaq taxsi xidməti qurmaq əvəzinə, göndərdiyi pulu başqa istiqamətə xərcləyib, bildiyinə görə yaxşı evlər tikdiribdir. Azərbaycana gəldi, onunla görüşüb, onu niyə aldatdığını, ziyana saldığını deyib, pulunu qaytarmağı tələb etdi. X5 ona bildirdi ki, atasından şirkət miras qalıb, bir də 140.000 manat dəyərində evi var, ancaq ev sənədsizdir, sənədləşdirməyə pulu yoxdur, pulun varsa ver, evi sənədləşdirib, satıb, borcunu verəcəyini bildirdi. Əlacı yox idi, razılaşdı, evin sənədləşməsinin də pulunu verdi. Elvin Savxanov evi anasının adına sənədləşdirdi. Bir az müddət keçdi, gördü evi satmaq istəmirlər. Mübahisəni həll etmək üçün Mediasiya xidmətinə müraciət etdi. 21 fevral 2022-ci il tarixdə X1 iştirakı ilə, X5 ilə onun arasında “Barışıq Sazişi” bağlandı. Barışıq sazişinin şərtlərindən görünür ki, “İkinci Tərəf’ (X5) “Birinci Tərəf’-dən 02.08.2021 -ci il tarixdə 80000 ( səksən min) manat pulu ortaq taxsi xidməti biznesi qurmaq məqsədilə borc aldığını etiraf edir. Şərtlərdən görünür ki, Elvin Savxanov 80.000 ( səksən min) manat borc məbləğini ona 19.02.2022-ci il tarixdən başlayaraq 19.02.2023-cü il tarixinə kimi tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürür. Buna görə də borclu Maraqlı şəxs 80.000 manat borcunun olması barədə aralarında bağlanmış 21 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin məcburi icrası, 400 manat Mediator xidməti haqqının, vəkilə hüquqi xidmət üçün ödədiyi 200 manatın, cəmi 80.600 (səksən min altı yüz) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, həqiqətəndə Ərizəçi qeyd olunan məbləğdə pul vəsaitini almışdır. 80.000 (səksən min) manat borc məbləğini ərizəçiyə 19.02.2022-ci il tarixdən başlayaraq 19.02.2023-cü il tarixinə kimi tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Üzərinə götürdüyü öhdəliyi icra edəcəkdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Taksi biznesini həyata keçirmək mümkün olmadığına görə “İkinci tərəf” “Birinci Tərəfdən” aldığı 80000 (səksən min) manat borc pul məbləğini “Birinci Tərəfə” 19.02.2022-ci il tarixdən başlayaraq 19.02.2023-cü il tarixinədək tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-nin 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-nin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, borc alanın ərizəçiyə olan borcunu 21 fevral 2022-ci il tarixli barışıq sazişində ərizəçidən aldığı 80000 (səksən min) manat borc pul məbləğini etiraf etməsi, qeyd olunan borc məbləğinin borclu tərəfindən 19.02.2022-ci il tarixdən başlayaraq 19.02.2023-cü il tarixinədək tam olaraq ödəmək öhdəliyini öz üzərinə götürdüyü məhkəmə iclasında tərəflərin həmçinin iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 305, 306.2-ci 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə borclu Maraqlı şəxs arasında olan 21 fevral 2022-ci il tarixli 80.000 (səksən min manat) məbləğində borc müqaviləsinin bağlanması ilə bağlı barışıq sazişi təsdiq edilsin və barışıq sazişi məcburi icra edilsin, ödənilən 400 manat Mediator xidməti haqqının, vəkilə hüquqi xidmət üçün ödənilən 200 manatın, cəmi 80.600 (səksən min altı yüz) manat pul Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1059/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1059/2022
18.04.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver