Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1062/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 «Hüquqi faktın müəyyən olunması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, “JN-1771A, Kod 90200002” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 ilə bərabər Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini belə əsaslandırmışlar ki, onlar halhazırda ünvan 1 ünvanda yaşayırlar. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi onlara məxsusdur. Bununla bağlı onlara “JN-1771A, Kod 90200002” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədədə göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş ünvan 3 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmiş, şəhadətnamə isə 1118 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə Ərizəçi2 ata adı səhvən Lətif kimi, Ərizəçi1 və Ərizəçi3 adı və ata adında göstərilmiş Məmməd isə Məhəmməd kimi yazılmışdır. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yalnışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə sözügedən şəhadətnamənin əsli onda olmadığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən sorğu verməklə alınması mütləqdir. Ona görə də məhkəmədən JN-1771A, Kod 90200002” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 ilə bərabər Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi3 məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. İşə maraqlı şəxs qismində cəlb edilmiş Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnmələrin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1949-cu ildə Mingəçevir şəhərində, Atakişiyeva (Həmidova) Starə Valeh qızı xx.xx.1956-cı ildə Mingəçevir şəhərində, Ərizəçi3 xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə JN-1771A seriyalı, Kod 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Məhəmməd oğlu, Ərizəçi2 Lətif qızı, X1 və X2 mülkiyyətinə Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 hektar sahəli kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilib. İşə əlavə olunmuş DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinin Ərizəçi1 09 mart 2021-ci il tarixli, **********72 №-li məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1771A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan “Lətif” adının “Valeh” adı kimi düzəlişin edilməsi idarənin imkanı xaricindədir. Belə ki, şəhadətnamənin ləğv edilməsi, şəhadətnamədə hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddsəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 saylı qərarı ilə verilmiş JN-1771A seriyalı, Kod 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları və məhkəmə iclasında ərizəçinin izahatından da aydın görünür ki, JN-1771A seriyalı, Kod 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Ərizəçi1 Məhəmməd oğlu, Ərizəçi2 Lətif qızı, X1 ilə ərizəçilər eyni şəxslərdir. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə təmin edilsin. JN-1771A seriyalı, Kod 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1062/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1062/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver