Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1066/2024 30.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəmə iclası zamanı, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə Ərizəçi, X3, X2 və X1 mülkiyyətinə Mingəçevir şəhərində 0.19 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamədə onun adı səhvən “Əlibala” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamədə onun adı səhvən “Əlibala” kimi yazılması səbəbindən torpağa dair Şəhadətnamənin onlara məxsus olmasını təsdiq edə bilmirlər. Hazırda qeyd olıunan torpaq sahəsini özəlləşdirmək istəyirlər. Ancaq şəhadətnamədə qeyd olunan yalnışlığa görə bu mümkün olmamışdır. Bununla bağlı ərizəçi şəhadətnamədə qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə rəmi müraciət etmişlər. Lakin, oradan məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxsin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-146F KOD 90200002 saylı Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə Ərizəçi, X3, X2 və X1 mülkiyyətinə Mingəçevir şəhərində 0.19 hektar hektar torpaq sahəsi ayrılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə Ərizəçi, X3, X2 və X1 mülkiyyətinə Mingəçevir şəhərində 0.19 hektar hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-146F KOD 90200002 saylı şəhadətnamədə ərizəçinin adı səhvən “Əlibala” kimi qeyd olunmuşdur. Hazırda ərizəçi sənəddəki adının uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN-146F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçiyə məxsusdur, həmin sənəddə səhvən yazılmış yazılmış “Əlibala” adı «Əlibaba» kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN-146F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN-146F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçiyə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə JN-146F KOD 90200002 saylı saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1066/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1066/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver