Məhkəmə qərarları › İş №2(051)-1097/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1097/2023

14.04.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1097/2023 14.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.4 və 2.1.5-ci bəndlərinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərdi ki, ərizəçi 2019-cu ildə tarixdə Maraqlı şəxs ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıq səbəbindən rəsmi olaraq ayrılmışlar. Bundan sonra nikahın pozulması, alimentin ödənilməsi və uşaqla görüş ilə bağlı mediatorun iştirakı ilə xx.xx.2021-ci il tarixdə aralarında barışıq sazişi bağlanmış və Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağın yetkinlik yaşın çatanadək saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin alınması ilə bağlı razılıq əldə edilmişdir. Maraqlı şəxs alimenti barışıq sazişinə uyğun ödəmə aparamadığı üçün barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-cxi il qətnaməsi ilə Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2020ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq ona ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, Maraqlı şəxs uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Budan sonra Maraqlı şəxs əmək haqqı artmış, lakin Mingəçevir şəhər məhkəməsinin qətnaməsində sazişin 2-ci maddəsinin 2.1.4-cü və 2.1.5-ci bəndlərinə qiymət verilmədiyi üçün Minəgəçevir şəhər İcra və Probasiya şöbəsi həmin bəndlərinin tələblərini icra edə bilmir. Həmin sazişin 2-ci maddəsinin 2.1.4-cü bəndində göstərilir ki, İ tərəfaldığı əmək haqqı artdığı və azaldığı təqdirdə, dəyişlikliyə uyğun olaraq əmək haqqının 1/3 həcmind alimentin yeni məbləği formalaşmalıdır. Sazişin 2.1.5-ci bəndndə göstərilir ki, uşaqla bağlı xüsusi hallar (ağır xəstəlik, təxirəsalınmaz xərclər) formalaşarsa İ tərəf İİ tərəfə ağlabatan məbləğdə yardım edəcəyini öhdəliyini götürür. Lakin Maraqlı şəxs barışıq sazişinin bu bəndələrinin tələblərini pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, vətən müharibəsi iştirakçısı və Qarabağ qazisidir. Ərizəçi ilə aralarında olan nikaha Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-357/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Mediasiya prosesində iştirak etmişlər və barışıq sazişi bağlayaraq sivil qaydada bir sıra razılaşmalar əldə etmişlər. Belə ki, xx.xx.2021-ci il tarixli barışıq sazişində nikahın pozulmasına razılıq, aliment məsələsi və uşaqla görüş məsələsi öz həllini tapmışdır. Müqavilədə nəzərdə tutulmuş qaydada müvafiq alimenti ödəmişdir. Aralarında bağlanmış sazişin olmasına baxmayaraq Ərizəçi onun üçün daha çox önəm daşıyan uşaqla görüş məsələsinin təşkilinə düzgün qaydada əməl etmir. Belə ki, Ərizəçi qanunsuz olaraq ondan tələb edir ki, uşaqla yalnız onun iştirakı və nəzarəti altında görüşməlidir. Ərizəçi hazırki müraciətindən əvvəl guya onun aliment ödəmədiyi üçün barışıq sazişinin təsdiq edilməsi üçün iməhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il qətnaməsi ilə Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq ona ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, Maraqlı şəxs uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Təyin olunan 190 manat miqdarında alimeti hər ay ödəyir. Hal-hazırda könüllü olaraq heç bir gecikmə olamadan 200 manat aliment ödəyir. Barışıq sazişinin 2.1.4-cü bəndində ödəməl olduğu aylıq alimentin məbləğinin aylıq əmək haqqının 1/3 hissəsinə bərabər olmasına razılaşmasının səbəbi Mingəçevir şəhər Mediasiya şurasının meiatoru Ayaz Ədilovun sözünə görə olmuşdur. Belə ki, Mediasiya prosessində alimentin məbləği ilə bağlı müzakirə olunan zaman mediator Ayaz Ədilov bildirdi ki, Ailə Məcəlləsinin tələbinə görə bir uşağa görə alimetin miqdarı onun aylıq gəlirinin 1/3 hissəsinə uyğun müəyyən olunmalıdır. Lakin sonradan ona məlum olmuşdur ki, Ailə Məcəlləsinin tələbinə görəç br uşağa görə alimetin miqdarı qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəs mqdarında müəyyən edilməlidir. Artıq bir ildən çoxdur ki, qanunla bir uşaq üçün nəzərdə tutlmuş məbləğdən artıq miqdarda aliment ödəyir. Odur ki, məhkəmədən Ərizəçi ərizəsinin rədd edlməsini və 1/3 həcmində sözünü ¼ sözü ilə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-357/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2019-cu il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 732 saylı rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağın saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin ödənilməsi, həmçinin Maraqlı şəxs aldığı əmək haqqı artacağı və ya azalacağı təqdirdə, dəyişikliklərə uyğun olaraq əmək haqqının 1/3 hissəsi həcmində alimentin yeni məbləğinin formalaşdırılacağı, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq Maraqlı şəxs uşaqla görüşünün Ərizəçi tərəfindən təmin edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1116/2022 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi müraciət əsasında Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq ona ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, Maraqlı şəxs uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Mingəçevir şəhər məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(051)-1116/2022 saylı qərardadından görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə müraciət edilmiş və müraciətdə barışıq sazişində bir tərəf aldığı əmək haqqı artığı və ya azaldığı təqdirdə, dəyişikliyə uyğun olaraq əmək haqqının 1/3 həcmində alimentin yeni məbləğinin formalaşması məsələsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. Həmin qərardadla Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(051)-1116/2022 saylı qətnaməsinin izah edilməsindən imtina edilmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, barışıq sazişinin təsdiq edilməsi barədə Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1116/2022 saylı qətnaməsində əmək haqqının artması və ya azaldığı təqdirdə, dəyişikliyə uyğun olaraq əmək haqqının 1/3 həcmində alimentin yeni məbləğinin formalaşması, qeyri-müəyyən olduğundan, məhkəmə tərəfindən müəyyən edilə bilməz. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağın saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin ödənilməsi, həmçinin Maraqlı şəxs aldığı əmək haqqı artacağı və ya azalacağı təqdirdə, dəyişikliklərə uyğun olaraq əmək haqqının 1/3 hissəsi həcmində alimentin yeni məbləğinin formalaşdırılacağı, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq Maraqlı şəxs uşaqla görüşünün Ərizəçi tərəfindən təmin edilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Budan sonra Ərizəçi müraciət əsasında Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1116/2022 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2020ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq ona ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, Maraqlı şəxs uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə müraciət edilmiş və müraciətdə barışıq sazişində bir tərəf aldığı əmək haqqı artığı və ya azaldığı təqdirdə, dəyişikliyə uyğun olaraq əmək haqqının 1/3 həcmində alimentin yeni məbləğinin formalaşması məsələsinə aydınlıq gətirilməsi xahiş edilmişdir. Mingəçevir şəhər məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(051)-1116/2022 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(051)-1116/2022 saylı qətnaməsinin izah edilməsindən imtina edilmişdir. Hal-hazırda Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.4 və 2.1.5-ci bəndlərinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında barışıq sazişi bağlanarkən Maraqlı şəxs aldığı əmək haqqı artacağı və ya azalacağı təqdirdə, dəyişikliklərə uyğun olaraq əmək haqqının 1/3 hissəsi həcmində alimentin yeni məbləğinin formalaşdırılacağı və uşaqla bağlı xüsusi hallar (ağır xəstəlik, təxirəsalınmaz xərclər) formalaşarsa İ tərəf İİ tərəfə ağlabatan məbləğdə yardım edəcəyini öhdəliyini götürmüşdür. İlk növbədə məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.4-cü bəndnin mənasından da görünür ki, Maraqlı şəxs aldığı əmək haqqı artacağı və ya azalacağı təqdirdə, dəyişikliklərə uyğun olaraq əmək haqqının 1/3 hissəsi həcmində alimentin yeni məbləğinin formalaşdırılması nəzərdə tutulur. Yəni alimetin miqdarı sabit pul məbləğindən dəyişdrilərək yeni məbləği Ailə Məcəlləsinə 76-cı maddəsinə uyğun Maraqlı şəxs qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilməsi nəzərdə tutulur. Belə olan halda məhkəmə qeyd edr ki, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla tərəflər bu barədə razılığa gələ bilərlər, bu şərtlə ki, mediator trəfindən qanunvericiliyin bu tələbləri tərəflər izah edilsin. Lakin barışıq sazişinin bu bəndi Ailə Məcəlləsinin tələblərinə uyğun tərtib edlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsi bir uşağa görə valideynlərdən hər ay qazancının üçdə bir hissə deyil, dördə bir hissəsi müəyyən edir. Barışıq sazişindən və tərəflərin izahatlarından da görünür ki, mediator tərəfindən qanunvericilyn bu tələbi düzgün izah edilməmiş və tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-cı maddəsinə əsasən Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişinin 2.1.5-ci bəndndə, uşaqla bağlı xüsusi hallar (ağır xəstəlik, təxirəsalınmaz xərclər) formalaşarsa İ tərəf İİ tərəfə ağlabatan məbləğdə yardım edəcəyini öhdəliyini götürür. Barışıq sazişi bu hissədə də qeyri müəyyəndir. Həmin məbləğ ağlabatan deyil konkret olması zəruridir. Belə ki, məhkəmə iclasında da həmin məbləğin hansı məblədə olması tərəflər arasında mübahisə yaratmışdır. Məhkəmə tərəfindən barışıq sazişinin bu bəndi üzrə hansı məbləğdə yardım edilməsi mübahisə yaratdığı üçün müəyyən edilə bilmədi. Odur ki, məhkəmə hesab edr ki, barışıq sazişinin bu bəndləri qanuna ziddir və barışıq sazişinin bu bəndlərinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3. maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda Məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası MPM-nin 355-26.2-cxi maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.4 və 2.1.5-ci bəndlərinin məcburi icrası üçün təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar