Məhkəmə qərarları › İş №2(051)-1116/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1116/2022

29.04.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1116/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkil) Vəkil Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs oğlu ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs oğlu arasında 11.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və uşaq 3 yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman ərizəçinin nümayəndəsi iddianın, uşaq 3 yaşına çatanadək əlavə olaraq 100 manat məbləğində alimentin alınaraq ona verilməsi hissəsində həcminin azaldılması ilə bağlı əlavə ərizə təqdim edərək, ərizənin yalnız barışıq sazişinin təsdiq edilməsi hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi 2019-cu ildə tarixdə Maraqlı şəxs oğlu ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 29.08.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıq səbəbindən rəsmi olaraq ayrılmışlar. Bundan sonra alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 11.12.2021-ci il tarixdə aralarında barışıq sazişi bağlanmış və Maraqlı şəxs oğlundan 29.08.2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağın yetkinlik yaşın çatanadək saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin alınması ilə bağlı razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs oğlu barışıq sazişinin tələblərini pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. Belə ki, maraqlı şəxs alimenti vaxtı-vaxtında ödəmir, hər ay kəsintilərlə ödəyir və ərizəçini hər dəfə ödəyəndə təhqir və tənqid edir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Maraqlı şəxs oğlu məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, vətən müharibəsi iştirakçısı və Qarabağ qazisidir. Ərizəçi ilə aralarında olan nikaha Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-357/2022 nömrəli, 05.04.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Mediasiya prosesində iştirak etmişlər və barışıq sazişi bağlayaraq sivil qaydada bir sıra razılaşmalar əldə etmişlər. Belə ki, 11.12.2021-ci il tarixli barışıq sazişində nikahın pozulmasına razılıq, aliment məsələsi və uşaqla görüş məsələsi öz həllini tapmışdır. Lakin, ərizəçi əsassız olaraq 11.12.2021-ci il tarixli barışıq sazişinin təsdiqindən əlavə alimentin artırılmasını tələb edir. Bundan əlavə ərizəçi ərizəsində göstərmişdir ki, guya o, alimenti vaxtlı-vaxtında ödəməmişdir. Bu isə tamamilə əsassızdır. Belə ki, 11.12.2021-ci il tarixdə imzalanan müqaviləyə əsasən hər ayın ilk on günlüyündə onun əmək haqqının üçdə bir hissəsi ərizəçinin bank hesabına ödənilir. Müqavilədə nəzərdə tutulmuş qaydada müvafiq alimenti ödəmişdir. Həmçinin, ərizəçi bu faktı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-357/2022 nömrəli, 05.04.2022-ci il tarixli qətnaməsi ilə də təsdiqləmiş və heç bir narazılığı olmadığını bildirmişdir. Barışıq sazişindən sonra əmək haqqı məbləği azalmış, həmçinin şəxsi kreditləri də vardır. Bundan əlavə öhdəsində qoca anası da vardır ki, onun da bütün baxım və dərman xərcləri o, ödəyir. Ərizəçi özü barışıq sazişinin onun üçün daha çox önəm kəsb edən uşağı ilə görüş məsələsinin təşkilinə düzgün qaydada əməl etmir. Belə ki, ərizəçi qanunsuz olaraq uşaqla yalnız onun iştirakı və nəzarəti altında görüşməsini ondan tələb edir. Bununla da ərizəçi əsassız olaraq süni maneələr törədərək ümumiyyətlə özünün iştirakı olmadan onu uşaqla görüşdürmür və bu hal bir aydır ki, davam edir. Bununla belə barışıq sazişinin digər şərtlərinin də ərizəçinin diqqətinə çatdırılmaqla təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs oğlu ilə Ərizəçi birgə nikahından 29.08.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 05.04.2022-ci il tarixli 2(051)-357/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs oğlu ilə Ərizəçi arasında 17.11.2019-cu il tarixdə Mingəçevir regional ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış 732 saylı rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan 11.12.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 29.08.2020-ci il tarixdə doğulmuş Nəzmi adlı uşağın saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin ödənilməsi, həmçinin Maraqlı şəxs oğlunun aldığı əmək haqqı artacağı və ya azalacağı təqdirdə, dəyişikliklərə uyğun olaraq əmək haqqının 1/3 hissəsi həcmində alimentin yeni məbləğinin formalaşdırılacağı, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq Maraqlı şəxs oğlunun uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsi ilə bağlıtərəflər arasında razılıq əldə edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs oğlu 17.11.2019-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından 29.08.2020-ci il tarixdə Nəzmi adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nəzmi adlı uşağın saxlanması üçün Maraqlı şəxs oğlundan hər ay 190 manat sabit pul məbləğində alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində 11.12.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs oğlu tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi məcburi icrası üçün mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs oğlu tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs oğlu ilə Ərizəçi arasında 11.12.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs oğlundan 29.08.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq ərizəçiyə ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq Maraqlı şəxs oğlunun uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs oğlu ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 11.12.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs oğlundan 29.08.2020-ci il təvəllüdlü Nəzmi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentın alınaraq Ərizəçi ödənilməsinə, həmçinin həftə sonları hər dəfə 2 saat olmaqla, qısa bayram günləri bir təqvim 2 saat, uzun bayram günləri qarşılıqlı razılaşma ilə 4 saatdan çox olmayaraq, Maraqlı şəxs oğlunun uşaqla gürüşünün Ərizəçi tərəfindən təmin edilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar