Məhkəmə qərarları › İş №2(051)-1117/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1117/2022

10.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1117/2022 10.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi, Vəkil iştirakı ilə sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi,Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Qəbələ rayon Aqar İstahsalat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qəraına əsasən Ərizəçi ailə üzvlərinə-ərizəçiyə, X14, X2 və X21 paylı mülkiyyət hüququ əsasında 0,08 ha torpaq sahəsi verilmişdir. Paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsinə dair JN-060F saylı torpağın mülkiyyətə verilməsinə şəhadətnamə də onlara təqdim olunmuşdur. Ərizəçinin aqrar islahatı aparılana qədər soyadı Adıgözəlova olmuşdur, lakin aqrar islahatı aparılandan sonra ərə getmiş və ərinin soyadını Həsənova soyadını qəbul etmişdir. Ona görə də torpaq sahəsində soyadı Adıgözəlova, şəxsiyyət vəsiqəsində isə Həsənova kimi yazılmışdır. Şəxsiyyətini müəyyən edən sənədlərlə və torpaq sənədi arasında da müxtəliflik vardır. Belə ki, torpaq sənədində adı Tənzilə, şəxsiyyətini müəyyən edən sənəddə isə Rəmziyə yazılmışdır. Ərizəçinin əsl adı Rəmziyədir. Ərizəçinin adının torpaq sənədinə Tənzilə kimi yazılması aqrar islahat komissiyası üzvlərinin səhvindən olmuşdur. Torpaq sənədi ilə şəxsiyyətini müəyyən edən sənədlərdə uyğunsuzluq olduğuna görə torpaq sənədini rəsmiləşdirə bilmirlər. Belə ki, JN-06OF saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı Tənzilə, şəxsiyyət vəsqəsində isə Rəmziyə yazılmışdır. Ərizəçi Çıxarış almaq üçün DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmiş, lakin DƏDRX-dən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, paylı mülkiyyət hüquu əsasında verilmiş JN-06OF saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları göstərilmiş payçılarla birlikdə torpaq sənədinin eyni zamanda Ərizəçi da məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kodastrı və Reyestri publik hüquqi şəxs 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun baldızının qızıdır. Ərizəçinin əsl adı Rəmziyədir. Ancaq ona Tənzilə deyə müraciət olunurdu. Ona görə də qeyd edilən şəhadətnamədə Rəmziyənin adı səhvən Tənzilə yazılmışdır. X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi Rəmziyə onun bacısı qızıdır, ərizəçiyə el arasında Tənzilə deyilir. Ona görədə sənəddə Tənzilə yazılıb. X13 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Rəmziyə onun bacısı qızıdır. Lakin torpağın mülkiyyətə verilməsi şəhadətnamədə Rəmziyənin adı səhvən Tənzilə qeyd edilmişdir. Ona görə ki, ərizəçiyə hər kəs Tənzilə adı ilə müraciət edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb belə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-06OF, KOD 40601004 saylı şəhadətnamənin surətindən görünür ki, həmin torpaq sahəsi X18, X6, X24, X4 mülkiyyətinə verilib. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 atası X11, anası X3r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X9 arasında 12 oktyabr 1995-ci ildə Mingəçevir şəhər Nikah evində 170 № ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1978-c ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı JN-06OF, KOD 40601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X18, X6, X24, X7 məxsus olması faktı müəyyən edildi. Lakin Ərizəçi adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzgün qeyd edilməyərək X10 yazılmışdır. Ona görə də ərizə təmin olunmalı, qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, şəhadətnamədə adları qeyd edilənlərlə birlikdə Ərizəçi da məxsus olması, X10 adının Ərizəçi aid olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-06OF, KOD 40601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Tənzilə Adıgözəlovanın adının Ərizəçi aid olması, həmin şəhadətnamənin, şəhadətnamədə adları göstərilən digər şəxslərlə bərabər Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar