Məhkəmə qərarları › İş №2(051)-1131/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1131/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1131/2025 07.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin məxsusluğu” faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək ərizənin təmin edilməsini, anasının ad və soyadının X3 olduğunu müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 24. 12.2004-cü il tarixdə vəfat etmişdir. Ondan torpaq sahəsi miras qalmışdır. Vərəsəlik məsələlərini həll edərkən məlum olmuşdur ki, istifadələrində olan bağ sahəsinə dair Mingəçevir şəhəri, “Şəfəq-4” kollektiv bağçılıq sahəsinin adlı siyahısında mərhum X3 adı Qasımova Məhbubə kimi qeyd edilmişdir. Bu səbəbdən mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Odur ki, mərhum anasının adı ilə bağlı faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı tələbin dəqiqəşdirilməsi barədə ərizə təqdim edərək, Mingəçevir şəhərində yerləşən, “Şəfəq-4” kollektivi bağçılıq sahəsinin adlı siyahında göstərilən mərhum Qasımova Məhbubə ölüm haqqında şəhadətnamədə göstərilən X4 ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZ-İİ seriyalı, 408406 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixində Mingəçevir şəhərində qaraciyərin sirrozu səbəbindən ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Mingəçevir şəhəri, Şəfəq-4 kollektiv bağçılıq sahəsinin adlı siyahısında mərhum X3 adı X1 qeyd edilmişdir. Bu səbəbdən mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialı tərəfindən verilmiş çıxarışdan görünür ki, filialda mühafizə olunan Mingəçevir şəhər, XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən, 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə TRM zavoduna bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış, xx.xx.2004-cü il tarixdə ölmüş anası X2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi anası X4, atası X6r. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən, “Şəfəq-4” kollektivi bağçılıq sahəsinin Ərizəçi adına keçirilməsi sənəddəki ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Mingəçevir şəhəri, “Şəfəq-4” kollektiv bağçılıq sahəsinin adlı siyahısında olan “X5”nın adı “X4” kimi dəyişdirməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi Dairəsinə ərizəsi ilə Mingəçevir şəhərində yerləşən, “Şəfəq-4” kollektivi Bağçılıq sahəsinin mülkiyyətə verilməsinə dair adlı siyahısı hüquqmüəyyənedici əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. “Şəfəq” kollektiv bağçılığının adlı siyahısında göstərilən “X5”nın ölüm haqqında şəhadətnamədə göstərilən X4 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar