Məhkəmə qərarları › İş №2(051)-1154/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1154/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1154/2023 24.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi nümayəndəsi X9 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə Mingəçevir şəhəri, Şəfəq küçəsində yerləşən 0.18 ha. həyətyanı torpaq sahəsi, JN-255F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X10 və ailə üzvülərinin ümumi paylı mülkiyyətinə verilmişdir. Qeyd olunan JN-255F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə paylı mülkiyyətçi kimi təmsil etdiyi şəxs X1 adı səhvən X6 kimi qeyd edilmişdir. Halbuki, X10 “İlhamə” adlı uşağı olmamışdır. Həmin hal X2 məxsus doğum haqqında şəhadətnaməm ilə də təsdiq olunur. Ona görə də təmsil etdiyi şəxs hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş təmin edilməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********49 saylı məktubundan görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 255F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyektlər siyahısında göstərilən X6 adı ilə şəxsiyyət vəsiqəsindəki Ərizəçi adı arasındakı uyğunsuzluğun düzəldilməsinin 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə X11 ilə X9 birgə nikahından doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X7 xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Behbudova soyadı verilmişdir. İşdə olan X23 Xidmət mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09/S/090264-23 saylı arayışından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1995-ci il tarixdə doğulmuş əri X16 və xx.xx.2022-ci il tarixdə doğulmuş qızı X17 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-255F KOD 90200002 saylı şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə X14 və onun ailə üzvləri olan X18, X12, X15, X8, X19, X20, X13, X4, X3 və X5 ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə Mingəçevir şəhəri, Şəfəq küçəsində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi, JN-255F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X14 və onun ailə üzvlərinə verilmişdir. Lakin həmin sənəddə Ərizəçi adı “Şəhanə” olduğu halda, səhvən “İlhamə” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-255F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “Əbilova (Behbudova) İlhamə Əlimərdan qızı” adı “Əbilova (Behbudova) Şəhanə Əlimərdan qızı” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-255F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-255F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-255F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Behbudova (Əbilova) Şəhanə Əlimərdan qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar