Məhkəmə qərarları › İş №2(051)-1162/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1162/2021

22.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1162/2021 22.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 15.09.1965-ci il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X2 onun doğma qardışıdır. Qardaşı 15 sentyabr 1965-ci ildə mingəçevir şəhərində anadan olmuşdur. Qardaşı İlqar neçə müddətdir ki, əlildir. Öz hərəkətlərini dərk edə bilmir özünü idarə edə bilmir. Bunu qonşuları da təsdiq edə bilər. Həmçinin, İlqar hazırda müalicə olunur. O, hərəkətlərini dərk etmir və hərəkətlərinə cavabdehlik daşımır. Ona daim digər şəxsin köməyi qayğı-qulluğu lazımdır. Onun üzərində qəyyum təyin edilməmişdir. Bununla bağlı həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Məhkəmənin qanuni qüvvəsinə minmiş qətnaməsi əsasdır. Ona görə də məhkəmədən qardaşı 16.09.1965-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15.09.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş Müayinə aktından çıxarışdan görünür ki, X2 “Ağıl zəifliyi kəskin imbesillik səviyyəsində. Daun sindiromu. Qıcolma diaqnozu ilə İ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 19.08.2021-ci il tarixli 486 №-li rəyindən görünür ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X1 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinat, sonralar isə İ qrup əlillik təyin edilməsi, sonralar ona İ qrup əlillik verilməsi, orta ümumtəhgsil və yardımçı məktəblərdə oxumamması, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideyinlərinin, hazırda isə qardaşının himayəsi və nəzarəti altında yaşayaraq onların yardımına və nəzarətinə ehtiyacı olması, 20 saylı TSEK tərəfindən müayimə olunaraq “Kəskin imbesillik” səviyyəsində ağıl zəifliyi, Daun sindiromu, Qıcolma tutmaları ilə, ayda 10-12 dəfə diaqnozu qoyulması hazırkı ekspertiza zamanı onda davranış yaddaş, emosiya təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə iclasında Ərizəçi X1 qardaşıolduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin edilsin. 15.09.1965-ci ildə Mingəçevir şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar