Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1169/2021 09.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, Qəyyumluq və Himayə orqanın nümayəndəsi X10 və Mingəçevir şəhər X2 nümayəndəsi X5 iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi atası X7 fəlaiyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atası Vahid Əsgərov onunla bir ünvanda yaşayır. Atası 2015-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroliji Dispanserində “Qabıqaltı vaskulyar demensiya (ağıl zəifliyi)” diaqnozu ilə qeydiyyatdadır. Atası V.Əsgərov psixi qüsurlarına görə öz hərəkətlərinin mahiyyətini anlamır və öz hərəkətlərinə görə hesab vermir. Atasına daima digər şəxsin köməyi lazımdır. Atasına qayğı-qulluq göstərir və ona qəyyum təyin olunmalıdır. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün məhkəmə qətnaməsi tələb olunduğunu bildirmişdir. Hesab edir ki, atasının hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, atası Vahid Əsgərovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X4 Əsgərovun psixi vəziyyətini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Mingəçevir şəhər X2 nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçinin atası X15-Əsəb Xəstəlikləri dispanserində “Qabıqaltı vaskulyar demensiya (ağıl zəifliyi)” diaqnozu ilə qeydiyyatdadır və psixiatrik müşahidəyə götürülübdür. Vahid Əsgərovun psixi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəçini, maraqlı şəxslərin nümayəndələrini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş 12 №-li MİS-in 24 may 2021-ci il tarixli 355 №-li arayışından görünür ki, X1 şəhəri Şəhriyar küçəsi ev 2, mənzil 18 ünvanda yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 27 may 2021-ci il tarixli 770 №-li arayışdan görünür ki, X9 “Qabıqaltı vaskulyar demensiya (ağıl zəifliyi)” diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının 17 avqust 2021-ci il tarixli, 115 saylı rəyində göstərilir ki, subkortikal damar demensiyası, ifadə olunmuş davranış pozğunluqları ilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F01.2 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 08 iyul 1951-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1169/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1169/2021
09.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver