Məhkəmə qərarları › İş №2(051)-1175/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1175/2020

10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1175/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Politexnik İnstitutu tərəfindən xx.xx.1975-ci ildə X1 Dövlət İmtahan Komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə verilmiş A-1 № 015221 nömrəli diplomun ona məxsusluğu faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.1953-cü ildə Gürcüsatan Respublikasının Saqaredjo rayonunda anadan olmuşdur. Orta məktəbi də Gürcüstan Respublikasında oxumuşdur. Ancaq həmin vaxt onun adı rus dilində Elbaqi kimi göstərilmişdir. O 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitunu bitirmişdir. Həmin vaxt onun adı yenə də rus dilində Elbaqi kimi göstərilmişdir. Halbuki, həmin il o X7 Üzrə Respublika Şurasının diplomu ilə təltif olunmuş və həmin diplomla onun adı Elbəyi kimi göstərilmişdir. Adının Elbaqi kimi göstərilməsinə səbəb Gürcüstanda adının tərcüməsinin rus dilində Elbaqi kimi tələffüz olunmasıdır. Halbuki, o Azərbaycan Respublikası vətəndaşlığını alarkən ona verilmiş şəxsiyyət vəsiqəsində adı Elbəyi kimi göstərilmişdir. Onun adı Ərizəçidur. Övladlarına verilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında isə adı Elbəyi kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamə ona Gürcüstan Respublikasında alınmışdır. Oradan ona bildiriblər ki, xx.xx.1953-cü il tarixdə qeydiyyatdan keçmiş 16 nömrəli akt qeydinin birinci və ikinci nüsxələrində uşağın adı və soyadı fərqli olduğundan şəhadətnamənin təkrarı ona verilə bilməz. Hazırda o pensiyaya çıxsa da, ali təhsil aldığı müddətin onun staj illərinə hesablanması, diplomda onun adı Elbaqi kimi qeyd olunduğundan mümkün olmamışdır. təhsil aldığı Azərbaycan Politexnik İnstitutunun adı dəyişdiyindən müvafiq dəyişiklik edilməsi mümkünsüzdür. Həmin faktın müəyyən olunmasını o baçqa cür əldə edəbilmir. Ona görə də məhkəməyə müraciət edərək, Azərbaycan Politexnik İnstitutu tərəfindən xx.xx.1975-ci ildə X1 Dövlət İmtahan Komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə verilmiş A-1 № 015221 nömrəli diplomun ona məxsusluğu faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş A №386730 saylı Attestatın surətindən görünür ki, orta məktəbdə onun adı Elbaqi kimi göstərilmişdir. İşə əlavə olunmuş A-İ №015221 saylı Diplomun surətindən görünür ki, X2 1970-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuş və 1975-ci il 16 iyun tarixdə ona Hidrotexnikamühəndisi ixtisası verilmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Gürcüstanın Saqaredjo rayonunda anadan olmuşdur. ünvan 1 mənzil 15 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, övladının doğum akt qeydində ata qrafasında iddiaçının adı Ərizəçi kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Politexnik İnstitutu tərəfindən xx.xx.1975-ci ildə X1 Dövlət İmtahan Komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə verilmiş A-1 №015221 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materiallarından da aydın görünür ki, Azərbaycan Politexnik İnstitutu tərəfindən verilmiş A-1 №015221 nömrəli diplomdakı X2 ilə iddiaçı X3 eyni şəxsdir. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Azərbaycan Politexnik İnstitutu tərəfindən xx.xx.1975-ci ildə X1 Dövlət İmtahan Komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə verilmiş A-1 №015221 nömrəli diplomun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar