Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1186/2020 28.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” X5 X1rşı “qanunsuz yazılmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Məmmədov X3 Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində qanunsuz yazılmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, yaşadığı Mingəçevir şəhəri Q.Nəbi küçəsi 12A saylı ev mərhum atası X2 adınadır. Atası xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Mənzildə qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca əsasən o ödədiyi qazın pulunu hər ay vaxtı vaxtında ödəmişdir. Lakin, xx xxx 2020-ci il tarixdə X9 sahəsindən bildiriş-xəbərdarlıq almış və ona 216 manat məbləğdə borc yazıldığıı görmüşdür. Lakin, o, həəmin borcla razı deyil. Çünki istifadə etdiyi qazın dəyərini daim ödəmişdir. Ona yazılmış borc qanunsuz və əsassızdır. Ona görə də, barəsində qanunsuz yazılmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan MKT İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli 264 saylı arayışından görünür ki, Məmmədov X3 şəhəri, Q.Nəbi küçəsi 12-A ünvanında yaşayır. İşdə ollan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşdə olan Abonentin saldosundan görünür ki, Yevlax rayonu Salamabad kəndində yaşayan İddiaçı qış aylarında qazı çox, yay aylarında isə az sərf etmişdir. İş materiallarında olan, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizmi gövdədən aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Mingəçevir şəhəri Q.Nəbi küçəsi 12A saylı evə quraşdırılmış qaz sayğacı «Cavabdeh» X5 X10 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni qaz saygacı quraşdırılmışdır. Akt tərtib olunan zaman «Cavabdeh» X5 X10 İdarəsinin əməkdaşları tərəfindən saygacın hüsablama mexanizmində xəsarətlərin olması aşkarlanmışdır. Lakin sözügedən sayğac evin kənarında qurlaşdırılmışdır. Evdən kənarda qurlaşdırılmış sayğaca nəzarət etmək və onun işlək vəziyyətdə saxlanmasına nəzarət ev sahibinin deyil, Qaz İstismar idarəsinin vəzifəsidir. Bundan əlavə bu barədə sayğacı «Cavabdeh» X5 X10 İdarəsinin əməkdaşları tərəfindən akt tərtib olunsa da həmin aktın əsaslı olması aktı tərtib edən orqan tərəfindən öz təstiqini tapmamışdır. Aktın qanuniliyini isə sübut etmək aktı tərtib edən orqanın vəzifəsi olmasını və sayğacda olan müdaxilənin iddiaçı tərəfindən olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğaca iddiaçının sayğacı kənar müdaxilələrdən etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbi qanuna müvafiqdir və təmin olunmalıdır. Belə ki, “Cavabdeh” İB-nin X11 İstismar İdarəsinin işçiləri tərəfindən İddiaçı barəsində hesablanmış borcun silinməsi qanuna müvafiqdir. İş materialarında olan sənədlərdən də görünür ki, İddiaçı barəsində 216 manat borc hesablanmışdır. Odur ki, 216 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. “Cavabdeh” İB-nin X11 İstismar İdarəsinin işçiləri tərəfindən İddiaçı barəsində hesablanmış 216 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1186/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1186/2020
28.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver