Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1201/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi Bəhman oğlunun Ərizəçi Bəhman oğlunun (maraqlı şəxs: Maraqlı şəxs2 Yanında Qəyyumluq və Himayəçilik Orqanı) fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Bəhman oğlu ərizə ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 13 yanvar 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsinin dəlillərini onun əsaslandırmışdır ki, X10 onun qızıdır. O, 13 yanvar 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Həyat yoldaşı X11 ilə 01 oktyabr 2002-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olublar. Onların birgə nikahlarından iki qızları və bir oğulları doğulmuşdur. Böyük qızı Əhmədli FatiməRuslan qızı Mingəçevir şəhər Dövlət Universitetində təhsil alır. X3 14 yaşı var. O, da serebral iflici dərin tetraparefik formasındadır. X5 anadan olanda qüsurlu doğulub. Həkimlər ona serebral iflici (tetpaparefik forma) psixo-fiziki inkişafı geriliyi diaqnozu qoyublar. Qızı Bakı Uşaq Nevroloji Xəstəxanada xx.xx.2008-ci ildə müalicə alıb. Mingəçevir Maraqlı şəxs1 xx.xx.2008-ci il tarixindən serebral iflici (tetpanarefik forma) əqli və fiziki geriliyi diaqnozu ilə qeydə alıblar və hal-hazırda orda qeydiyyatdadır. Psixi qüsuruna görə öz hərəkətlərinin mahiyyətini anlamır, öz hərəkətlərini dərk etmir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 Qəyyumluq və Himayəçilik orqanına lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, rəyi, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 yanvar 2005-ci il tarixdə Ərizəçi Bəhman oğlu ilə X8 birgə nikahından doğulmuşdur. İşdə olan nikah haqqından nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Bəhman oğlu ilə X11 arasında xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərinin VVAQ şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 256 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 869/23 saylı abulator xəstənin tibbi kitabçasından görünür ki, X13 İ-ci qrup (qeyri-psixi) əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin Tibbi-Sosial Ekspert Komissiyasından sonuncu müayinəyə dair məlumatdan görünür ki, sağlamlıq imkanları məhdud, uşaq serebral iflici dərin tetraparetik forması diaqnozu ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 397 saylı rəyindən görünür ki, X13 hal-hazırda ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynalxalq təsnifatı 10-cu baxış) F72.1 müəyyən edilir. Bununla əlaqədar olaraq X13 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin 2005-ci il tarixdə doğulmuş qızı X13 “ağır dərəcəli əqli gerilik, uşaq serebral iflici dərin tetraparetik forma” diaqnozu ilə psixiatrik müşahidəyə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X4 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X9 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 397 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qızı X9 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qızı X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1201/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1201/2023
16.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver