Məhkəmə qərarları › İş №2(051)-1223/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1223/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1223/2023 14.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi Cari oğluna məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X1 şəhəri, Şəfəq küçəsi ev 9 ünvanında qeydiyyatdadır. Torpağın Mülkiyyətə verilməsinə dair KOD 90200002 saylı Şəhadətnamədə onun adı X7 yazılmışdır. Orada paylı mülkiyyətçi kimi adı səhv qeyd olunmuşdur. Şəhadətnamədə- X7 yazılmış, əslində isə Ərizəçi Cari oğlu olmalıdır. Bu fakt doğum haqqında şəhadətnamə ilə təsdiq edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladıqları məktuba xx.xx.2023- ci il tarixli 3-21-3-35/2-M-0028-8/2023 saylı məktubla cavab olaraq məhkəməyə müraciət etmək təklif olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X8 və anası X2 olmaqla xx.xx.1961 il tarixdə doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X6 Mingəçevir şəhər ərazisində olan 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər ərazisində olan 0,25 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309 A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Lakin həmin sənəddə Ərizəçi adı səhvən “Adil” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309 A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “X9” nun adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309 A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309 A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-309 A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar