Məhkəmə qərarları › İş №2(051)-123/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-123/2023

13.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-123/2023 13.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi və Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X3 iştirakı ilə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1986-cı il təvəllüdlü Nuranə Əhmədova onun qızıdır. Qızı Nuranə anadangəlmə xəstədir və xx.xx.2008-ci ildən Mingəçevir şəhər Psixonevroloji Dispanserdə “Paranoid şizofreniya Defekt vəziyyəti” diaqnozu ilə qeydiyyatdadır. Nuranənin qulluğa və köməyə ehtiyacı olduğundan ona özü baxır və ona daim qulluq lazımdır. Nuranə İ qrup əlildir, özünü idarə edə bilmir, hərəkətləinin mahiyyətini anlamır. Onun hüquqlarını həyata keçirmək və xəstəliyi ilə əlaqədar təyin olunuş pensiya müaviatının alınması məsələsinin həlli üçün qəyyum təyin olunması zəruridir. Ona görə də ərizənin təmin olunmasını, qızı 18 fevral 1986-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X5 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 fevral 1986cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 1575 №-li, 21 sentyabr 2022-ci il tarixli arayışda göstərilir ki, X4 20 avqust 2008-ci ildən Mingəçevir Psixo-nevroloji Dispanserdə “Paranoid şizofreniya Defekt vəziyyəti” diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 06 yanvar 2023-cü il tarixli 08 №-li rəyində göstərilir ki, X4 hal-hazırda xroniki psixi xəstəlik olan şizofreniya paranoid forma, qüsur vəziyyəti XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırkı ekspertiza zamanı öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. 18 fevral 1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar