Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1236/2020 20.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı Qnyaz qızının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı: İddiaçı Qnyaz qızının Cavabdeh: Cavabdeh X4rşı “ hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qnyaz qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat məbləğdə borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı Qnyaz qızı və Cavabdeh X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qnyaz qızı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, anası Şərifova X2 şəhəri. Az.Dres qəsəbəsi, Naxçıvan küçəsində yerləşən “Oskar" kafesinin sahibidir. Həmin ərazi ilkin olaraq X1 istifadəsinə verilmişdir. Lakin, Mingəçevir Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli. 41/3 nömrəli qərarına əsasan Mərcan Dəmirovaya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhərin Az.Dres qəsəbəsi, Naxçıvan küçəsindəki mövcud obyektlərin yanındakıərazidən ticarət obyektinin tikintisi üçün ayrılmış olan 50 kv.metr torpaq sahəsi Mərcan Dəınirovanm razılıq ərizəsinə əsasən geri alınaraq İddiaçı 20 il müddətinə icarəsinə verilmişdir. İddiaçı həmin ərazidə “Oskar” kafesi inşa edərək sahibkarlıq fəaliyyətinə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hazırki vaxtadək daim istifadə etdiyi suyun pulunu vaxtı vaxtında ödəmişdir. Ancaq 2020-ci ilin fevral ayında “X5"nin əməkdaşları iddiaçının barəsində akt tərtib olunduğunu və həmin akt əsasında da cərimə olunduğumu bildirdilər. Bundan sonra iddiaçı “X6”nə müraciət edərək barəsində tərtib olunmuş aktın ona verilməsini xahiş etmişdir. Aradan uzun zaman keçəndən sonra idarə tərəfindən bu yaxınlarda xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli inventar aktının surəti ona təqdim olunmuşdur. Həmin aktla tanış olarkən müəyyən olunmuşdur ki. obyektə baxış keçirilən zaman obyektin sayğacının işlək vəziyyətdə olduğu, çöldə xətt sayğacdan qeyri-qanuni istifadə edildiyi qeyd edilmiş və kənar xəttin kəsildiyi göstərilmişdir. Bunun da nəticəsində iddiaçıya 2196 manat dəyərində borc hesablanmışdır. Obyektdə istifadə olunmuş suyun pulu hər il vaxtı- vaxtında ödənilmiş, eyni zamanda obyektdə heç bir kənar xətdən istifadə olunmamışdır. Əgər belə olsaydı indiyə kimi “X6“nin əməkdaşları bu barədə onu xəbərdarlıq edərək, borcun ödənilməsini tələb edərdilər. Həmçinin suyun verilməsini dayandırardılar. Lakin 2020-ci ilin fevral ayına kimi heç kim bu barədə məlumat verməmişdir. Bundan başqa xx xxxx 2017-ci il tarixdə akt tərtib olunan vaxt iddiaçı iştirak etməmiş, ona heç bir sənəd bizə təqdim olunmamışdır. Həmin aktı tərtib edən şəxslərin onun əvəzindən imza yerində imtina qeydi yazması da başa düşülən deyil. Həmin akt qeyriqanuni tərtib olunmuş, heç kim obyektə gəlməmiş, yalnız formal akt tərtib etmişlər. Ona görə dəCavabdeh ASC-nin əməkdaşlarının onun barəsində tərtib etdikləri xx xxxx 2017-ci il tarixli. MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 manat məbləğdə borcun onun abonent hesabından silinməsi barədə qətnaməçıxarılmasını xahiş edir. Məhkəməyə təqdim olunmuşCavabdeh” ASC-nin xx xxxx 2017-ci il tarixli. MXD- 6211 nömrəli İnventar Aktdan görünür ki, Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsində «Oskar» kafesinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyekt sayğacı işlək vəziyyətdədir. Çöldə xəttin qeyri qanuni istifadə olunması aşkar olunmuşdur. Mülki işə əlavə olunmuş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına dair arayışdan görünür ki, «Oskar» kafesi 1098 m3 miqdarında 2.196 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri su təchizatı müəssisəsi ilə abonent arasında yaranan münasibətlərdir. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyəşikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət orqanlarının və yerli üzünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normalarıəsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Sudan istilada Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cli il tarixli, 262 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki: 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrəödənişin həyata keçirilməsini təmin etmək; 4.1.4. suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; 4.1.6. hüquq təsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; 4.1.7. suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək. Həminqərarın 8.7 bəndinə əsasənsu təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə olunması hər hansı sübutla öz təsdiqini tapmamışdır. İşin faktiki hallarından görünür ki, su sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamış, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qanunvericilik sistemini təşkil edən normativhüquqi aktlara aiddir. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyəşikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilmişdir ki, məhkəməşikayətin əsaslı olduğunu müəyyənləşdirdikdəşikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia tələbi təmin edilsin. ünvan 1 saylı ünvanda yaşayan abonent İddiaçı Qnyaz qızının barəsində xx xxxx 2017-ci il tarixli, MXD-6211 nömrəli İnventar Akta əsasən hesablanmış 2196 (iki min bir yüz doxsan altı) manat məbləğdə borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1236/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1236/2020
20.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver