Məhkəmə qərarları › İş №2(051)-1239/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1239/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1239/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi «sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2004-cüiltarixdəverilmiş 006580 nömrəli orderin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, xx xxxxxx 1963-cü ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. xx xxxx 1982ci ildə X5 ilə ailə qurmuşdur. 1988-ci ildən Mingəçevir şəhərində yaşayır. Mingəçevir şəhər İcxra Hakimiyyəti başçısının xx xxxxxx 2004-cü il tarixli sərəncamına əsasən Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən 6-B saylı evin 26 saylı mənzili 006580 saylı orderlə ona və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Hazırda qeyd olunan mənzili özəlləşdirmək istəyir. Lakin orderdə adının «Sahibə» kimi qeyd olunduğundan bu mümkün olmamışdır. Ona aid olan bütün sənədlərdə adı Saqibədir. Ona görə də Maraqlı şəxs tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş 006580 nömrəli orderin ona məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. ünvan 1 mənzil 80 ünvanda qeydiyyatdadır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X1 valideynləri X3 vəİbrahimova Matı Qasım qızıdır. İşə əlavə olunmuş xx xxxxxx 2004-cü il tarixli, 006580 saylı orderin surətindən görünür ki, Mingəçevir şəhər 20 Yanvar küçəsində iki otaqdan ibarət, 34,8 kv.metr yaşayış sahəsi olan 6B №li evin 26№li mənzili 5 nəfərdən ibarət ailəüzvləri ilə birlikdə X2 istifadəsinə verilmişdir. Məhkəmə, sadalanan sübutları müqayisəli şəkildə tədqiq edib, məcmu halda qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğuna dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Ərizəçinin tələbi təmin edilsin. Maraqlı şəxs tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş 006580 nömrəli orderin Ərizəçi məxsus olması faktı müəyyən olunmuş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar