Məhkəmə qərarları › İş №2(051)-1253/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1253/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1253/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” ləğv edilməsini; lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasını; cavabdeh Cavabdeh arasında bağlanmış 30 noyabr 2016cı il tarixli AL-1016 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 3608.37 manat əsas, 1667.67 manat mükafat və həmin günə hesablanmış 1711.28 manat dəbbə pulu, cəmi 6987.32 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmasını xahiş etmişlər. İddiaçı nümayəndəsi iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə X10 arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli bağladığı AL-1016 saylı “X17”nə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil X10 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyul 2017-ci il tarixdə X10, X16 və İddiaçı MMC arasında AL-1016 (1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklər bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 16 avqust 2017-ci il tarixdə X16, X6 və İddiaçı MMC arasında AL-1016 (2) saylı“Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklər bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 26 avqust 2017-ci il tarixdə X6, X11 və İddiaçı MMC arasında AL-1016 (3) saylı“Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklər bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 14 oktyabr 2017-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında AL-1016 (4) saylı“Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmışdır və 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklər bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “X17”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 479.93 manat, ümumilikdə isə 22556.26 manat məbləğində pulu İddiaçı MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “Daxili Lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 3608.37 manat əsas, 1667.67 manat mükafat və həmin günə hesablanmış 1711.28 manat dəbbə pulu, cəmi 6987.32 manat borcu yaranamışdır. “X17”, “Öhdəliklərin ötürürülməsi müqaviləsi”nin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödəmilməməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Ona görə də məhkəmədən İddiaçı MMC ilə bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” ləğv edilməsini; lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmasını; cavabdeh Cavabdeh arasında bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 fevral 2019-cu il tarixə 3608.37 manat əsas, 1667.67 manat mükafat və həmin günə hesablanmış 1711.28 manat dəbbə pulu, cəmi 6987.32 manat borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bununla belə İddiaçı MMC məhkəməyə ərizə göndərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci madddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş AL-1016 saylı 30.11.2016-cı il tarixli X17ndən görünür ki, X18 oğlu İddiaçı MMC ilə X17 bağlayaraq ümumi 16395 manat dəyərində olan, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil 47 ay müddətinə Lizinqə verilmişdir. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, lizinq alan X10 16395 manat məbləğində pulu 17% illik faizlə 47 ay müddətinə aylıq 479.93 manat məbləğin ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 10 iyul 2017-ci il tarixli AL-1016 (1) saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X3 Ceyhun Hidayət oğlunun 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklərini öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş 16 avqust 2017-ci il tarixli AL-1016 (2) saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X1 Ağakişi Murad oğlunun 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklərini öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş 26 avqust 2017-ci il il tarixli AL-1016 (3) saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X11 X4 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklərini öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş 14 oktyabr 2017-ci il tarixli AL-1016 (3) saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, Cavabdeh X8 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” üzrə bütün öhdəliklərini öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh 16395 manat məbləğində pulu 17% illik faizlə 47 ay müddətinə aylıq 479.93 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 28 avqust 2018-ci il tarixli 785 nömrəli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış, AL-1016 saylı X17 üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil müvəqqəti istifadəsinə verilmişdir. Lakin müqavilə ödənişləri vaxtında və lazımi qaydada icra etmədikləri üçün İddiaçı MMC-nə 17 iyul 2018-ci il tarixə 2154.90 manat borcu yaranmışdır. Odur ki, Lizinq alanla İddiaçı MMC arasında imzalanmış Al-1016 saylı X17nin şərtləri pozulduğu üçün həmin müqavilənin 15-ci bəndini rəhbər tutaraq müqavilə 7 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borc ondan tutulub məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbər edilmişdir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdir. İşə əlavə olunmuş Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 24.11.2015-ci il tarixdə verilmiş Çıxarışından görünür ki, İddiaçı Hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış və onun qanuni təmsilçisi Ələsgərov rüstəm Hüseynağa oğlu müəyyən edilmişdir. İşə əlavə olunmuş 02 dekabr 2019-cu il tarixli 16127 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh 08.02.2019-cun tarixə 3608,37 manat əsas borcu və 1230,81 manat lizinq şirkətinin gəliri üzrə (faiz) borcu hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinqlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin lizinqə aid müddəalarına, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11-ci maddəsinə əsasən Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bağlanmış X17nin 13.10-cu maddəsində göstərilmişdir ki, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 03 % hesablanmaqla cərimə ödəyir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı lizinq alana lizinqi ödəmədiyi üçün 1711.28 manat cərimə hesablanmışdır. Lakin məhkəmə borcluya 1711.28 manat məbləğdə dəbbə pulunun artıq hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən lizinq verənin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, borcludan 100 manat miqdarda dəbbə pulu alınmalıdır. Məhkəmə iş materiallarını, tərəflərin izahatını və ekspert rəyini müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı olan iddiası qismən təmin olunmalıdır. Belə ki, qətnamə ekspertizanın rəyinə uyğun çıxarılarsa bütün sübutlara obyektiv qiymət verilməsinə və ədalət mühakiməsinin tam araşdırılmasına dəlalət edər. İddia ərizəsi və məhkəmə muhasibatlıq ekspertizası tərəfindən verilmiş rəy müqayisə olunduqda ekspertizanın daha ədalətli və real olması müşahidə olunmuşdur ona görə də məhkəmə ekspertiza rəyini daha mötəbər sübut kimi qəbul edərək iddianın əsas borc və faiz hissəsində ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” ləğv edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılmalı, Cavabdeh oğlundan İddiaçı xeyrinə 3608.37 manat məbləğində kredit borcu, 1230,81 manat məbləğində mükafat və 100 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 4939,18 manat borc alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, İş üzrə ekspertiza xərci olan 150 manat məbləğində pul Cavabdeh oğlundan tutulub dövlət büdcəsinə ödənilməli və iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də Cavabdeh oğlundan tutulub İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 30 noyabr 2016-cı il tarixli AL-1016 saylı “X17” ləğv edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı **-PF-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA585872 ban, mühərrik 0573 nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılsın. Cavabdeh oğlundan İddiaçı xeyrinə 3608,37 (üç min altı yüz səkkiz manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu, 1230,81 (bir min iki yüz otuz manat səksən bir qəpik) manat məbləğində mükafat və 100 (bir yüz) manat məbləğdə cərimə pulu olmaqla, cəmi 4939,18 (dörd min doqquz yüz otuz doqquz manat on səkkiz qəpik) manat borc alınıb İddiaçınə verilsin. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh oğlundan tutulub dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh oğlundan tutulub İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar