Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1260/2025 12.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə və mənzildən çıxartma” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6/102 saylı evin 3 saylı mənzilinə Cavabdeh1 istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 2013-cü il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X4 adlı övladları ilə birlikdə mənzilindən çıxarılması və həmin mənzilə özünün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 6/102 saylı evin, 3 saylı mənzil onun xüsusi mülküdür. Mülkiyyət hüquqları xx.xx.2012-ci ildən qeydə alınmışdır. Cavabdeh1 oğlu, Cavabdeh2 sonuncunun arvadıdır. Onlar 2013-cü ildə evlənmişlər. Evləndikdən sonra Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 6/102 saylı evin, 3 saylı mənzilində yaşayırlar. Birgə evlilikdən onların 2013-cü il təvəllüdlü Nihad, 2014-cü il təvəllüdlü Nihal adlı uşaqları olmuşdur. Mənzil onun mülkiyyətində olmasına baxmayaraq cavabdehlər onu öz mənzilinə buraxmırlar. O, Mingəçevir şəhərinə gələndə mülkiyyətində olan mənzili olduğu halda başqa şəxslərin evində gecələməli olur. Bundan başqa cavabdehlər mənzilin kommunal və xidmət xərclərini ödəmədiklərindən borc məbləği yaranır və həmin borc mənzilin mülkiyyətçisi o olduğundan borc məbləği də ona yönəlir. Dəfələrlə cavabdehlərdən evini tərk etməyi tələb etməyinə baxmayaraq, qapını belə onun üzünə açmırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizə verərək, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6/102 saylı evin 3 saylı mənzilinə Cavabdeh1 istifadə hüququna 12000 manat kompensasiya verilməklə xitam verilməsina etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh ərizəsində qeyd etmişdir ki, İddiaçı onun anasıdır. Onlar ilkin olaraq Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən 33 saylı evin 26 saylı mənzilində yaşamışlar. Daha sonra həmin mənzili 39000 ABŞ dolları məbləğdə pula sataraq Mingəçevir şəhərinin Ə.Vahid küçəsində yerləşən mənzili almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzilini almışlar. Elə mənzili alan kimi o, Cavabdeh2 ilə 01 mart 2013-cü ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşı Cavabdeh2 onun yaşadığı Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzilinə gəlin köçmüş, özünə məxsus cehiz əmlaklarını qeyd olunan mənzilə yerləşdirmişdir və hazırki vaxtadək birlikdə yaşayırlar. 15 dekabr 2013-cü il təvəllüdlü oğlu X7 və 25 yanvar 2016-cı il təvəllüdlü qızı X1 mənzildə dünyaya gəlmişdir. Anası İddiaçı isə 2012-ci ildə 2-ci dəfə ailə qurmuş və Bərdə rayonun Gərənə kəndinə gəlin köçərək hazırki vaxtadək orada yaşayır. Onun 2-ci əri rəhmətə gedəndən sonra miras qalmış əmlakı anası qəbul etmiş və hazırda yeni fərdi yaşayış evi inşa etdirir. Anası 2012-ci ildən Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzilində yaşamır. Qeyd olunan mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Başqa yaşamağa yerləri yoxdur. X10 təklif etdiyi kompensasiya ilə özünə və ailə üzvlərinə ayrıca yaşayış sahəsi ala bilməz. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli 27486 №li mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli 358 №li 3 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Cəfərova X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 6/102, mənzil 3 ünvanında yaşayır. Mənzil İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh1, Rzayeva (Kərimova) Şəhrizad Rahat qızı, Cavabdeh2, X7 və X5 da qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzili ümumi sahəsi 43.55 kv.m. olmaqla xüsusi mülkiyyət növündə tam payla xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AZ-İ 802903 №li xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 xx.xx.2012-ci il tarixdə Bərdə rayon, Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyində 28 №li nikah qeydi bağlamışdır. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 811464 №li xx.xx.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X9 xx.xx.2013-cü ildə Mingəçevir şəhər Nikah evində 54 №li nikah qeydi bağlamışdır. AZ-İİİ 708918 №li xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı ildə Bərdə rayonunda anadan olmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. AZ-İİİ 413331 №li xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2013-cü ildə Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzilinə baxış keçirilmişdir. Mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh1 2012-ci ildən bugünə kimi ailəsi ilə birlikdə göstərilən ünvanda yaşayır. Rzayeva (Cəfərova) Serbiya Kərim qızı 2012-ci ildə ikinci dəfə ailə həyatı quraraq Bərdə rayon, Gərənə kəndinə ərə gedib və 2012-ci ildən bugünə kimi həmin mənzildə yaşamır. xx.xx.2025-ci il tarixli 02-286/25 saylı "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 45000 manat, orta aylıq kirayə haqqı 2023-cü il tarixə 100 manat, 2024-cü il tarixə 150 manat, 2025-ci il tarixə 200 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı evin 3 saylı mənzili iddiaçıya məxsusdur. Həmin evi İddiaçı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə Şəhriyarın arvadı, iddiaçının gəlindir. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının nəvələridir. İddiaçı xx.xx.2012-ci il tarixdə ikinci dəfə ailə həyatı qurmuş və Bərdə rayonuna köçmüşdür. İddiaçı cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmalarını tələb edir. Cavabdeh iddia tələbinə etiraz etmiş, iddiaçının 2012ci il tarixdən həmin evdə yaşamadığını əsas gətirmişdir. Qiymətləndirici rəyə, tərəflərin izahatına və digər sənədlərə əsasən iddiaçının oğluna nəvələri ilə birlikdə verəcəyi kompensasiya məbləği üç il üçün 12000 manat müəyyən edilmişdir. İddiaçı həmin kompensasiya məbləğini cavabdehə ödəməyə etiraz etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir şəhəri, 14-cü Bağ küçəsi, 42 saylı bağ evi iddiaçıya məxsusdur. İddiaçı həmin evi alqı-satqı müqaviləsinə əsasən almış və həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə Şəhriyarın arvadı, iddiaçının gəlindir. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının nəvələridir. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2012-ci il tarixdə ikinci dəfə ailə həyatı qurmuş və Bərdə rayonuna köçmüşdür. Hazırda onun mülkiyyətində olan mənzilindən istifadə hüququna cavabdehlər tərəfindən maneələr yaradılmışdır. Cavabdeh1 iddiaçının 2012-ci ildə getdikdən sonra həmin mənzildə onların yaşadığını və veriləcək kompensasiya məbləği ilə yaşamağın mümkün olmadığını bildirmişdir. Məhkəmə qiymətləndirici rəyi almışdır. Həmin rəydə oxşar yaşayış evlərinin aylıq kirayə haqqının 200 manat olduğu qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, iddiaçının oğlu və nəvələri iddiaçının ailə üzvü sayılır. Ona görə onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Cavabdehlərin müəyyən müddətə yaşayış sahəsi ilə təmin olunması üçün məhkəmə həmin mənzilə oxşar mənzillər üzrə kirayə qiymətini nəzərə alaraq kompensasiya məbləğini 12000 manat müəyyən etmişdir. Həmin məbləğin Cavabdeh1 və nəvələrinə ödənilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı həmin məbləğin Cavabdeh1 ödənilməsinə etiraz etməmişdir. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. İddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği cavabdehlərə Mingəçevir şəhərində ağlabatan müddət ərzində əvvəlki yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış evində yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, 12000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işə əlavə edilmiş qiymətləndirici rəyə əsasən mənzilin bazar dəyəri 45000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir. Belə olan halda Cavabdeh1 və onun uşaqlarına 12000 (on iki min) manat kompensasiya verilməklə qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh2 münasibətdə isə o, iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Ona görə də iddiaçı haqlı olaraq Cavabdeh2 kompensasiya məbləği ödənilmədən mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmasına mütənasib olaraq iş üzrə ekspertiza xərci olan 400 manat cavabdehlərdən alınaraq "xxxx" MMC-nin hesabına (Kapital Bank ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN**********, SWİFT kod AİİBAZ2X, M/h:AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB********************) ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 12000 (on iki min) manat kompensasiya ödənilməklə, **********23-05101-093001 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların uşaqları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə **********23-05101-093001 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. İş üzrə ekspertiza xərci olan 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına (Kapital Bank ASC Qara Qarayev filialı, Kod 200145, VÖEN**********, SWİFT kod AİİBAZ2X, M/h:AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1260/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1260/2025
12.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver