Məhkəmə qərarları › İş №2(051)-1264/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1264/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1264/2021 03.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və vəkili- Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Gülaalı oğlu, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “Yaşayış evinin istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı tərəf iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3 Gülaalı oğlu, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “Yaşayış evinin istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, onun adından etibarnamə əsasında iddia ərizəsi verən qardaşı- X4 verdiyi etibarnamə 13.04.2021-ci il tarixdə tərəfindən ərizə əsasında ləğv edildiyinə görə icraatda olan 2(051)-1264/2021 nömrəli işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını və Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair iddia ərizəsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı vəkili X2 məhkəmə iclası zamanı iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh tərəfə iştirakı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, izah edilməlidir ki, MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3 Gülaalı oğlu, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “Yaşayış evinin istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsinə” dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar