Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1274/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyi RQİİ-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı oğlu iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun, yəni İddiaçı adına Mingəçevir şəhəri Energetik 11 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 993.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlunun etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından danışaraq əlavə olaraq göstərdi ki, İddiaçı oğlu Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 20 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır, Mingəçevir şəhəri Energetik 5, 11 saylı fərdi yaşayış evində o, arvadı və məktəbli qızıyla yaşayırlar. 600 kv.metr torpaq sahəsində ev tikdirmişdir. Mülkiyyət sənədi ala bilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun evinə qaz sayğacı quraşdırılmışdır. Ancaq heç bir müqavilə olmamışdır. Sayğac həyətin qapısından çöldə quraşdırılmışdır. O və ailə üzvlərinin ona nəzarət etmək imkanları yoxdur. Həyətin çıxışı ümumi yoladır. Həyətin çölündən malqara, yük maşınları, başqa qabaritli maşınlar hərəkət edir. Qaz istismarı sahəsinin işçilərinin təqdim etdikləri bildirişə əsasən istehlak olunan qazın pulu ödənilmişdir. Heç bir məlumatları olmadan həyətdən çöldə qaz sayğacına baxış keçirilmiş, guya sayğacda problem olması müəyyən edilmişdir. Ona bildirmişlər ki, sayğacın hesablanma mexanizmi yoxdur. O da onlara bildirmiş ki, sayğacın hesablanma yoxdursa bəs o hər ay pulu niyə keçirir? Axı sərf olunmuş qaza görə o pul ödəyir. Maraqlı məsələdir qaz istismarı sahəsinin işçiləri iki akt tərtib etmiş, 30.08.2018-ci il tarixli ******* saylı aktda sayğacın hesablanma mexanizminin aşkar olunmaması göstərilmiş, 31.07.2018-ci il tarixli ******* saylı sayğacın qoruyucu ekranı aşkar olunmadığını göstərmişlər. İyul, avqust ayında tərtib olunmuş aktda işlədici avadanlıqlardan birini radiator göstərmişlər. Məhkəmədən xahiş edir ki, akt tərtib etmiş qaz istismarı sahəsinin işlərindən soruşsun ki, avqust, iyul, iyun, may, aprel ayında qızdırıcı kimi radiator işlətmək olar? Bir belə haqsızlıq olar? Çətinliklə dolanan adamdırlar, o, həyətində istixana qurmamışdır, yanacaq kimi qazdan hansısa gəlir mənbəyi kimi istifadə etmir. Sayğacı başqa sayğacla əvəz etmişlər, yeni sayğacın pulunu da ona ödətdirmişlər. Sonra görür ki, ona əsassız 993.60 manat borc hesablanmışdır. Əgər onun sayğacında problem var idisə, nəzarətçi bildiriş verəndə görmürdü ki, sayğacın hesablanma mexanizmi yoxdur, bəs nəyə baxıb istehlak olunmuş enerjiyə görə pul hesablayıb. Belə ədalətsizlik olar, belə qanun pozuntusu olar? O və arvadı yaşlı adamdırlar, onlara haram heç nə lazım deyil. Nə istifadə etmişlər, onun da pulunu ödəmişlər. Birincisi onların sayğacda problem olmamışdır, olmuşdursa, laboratoriyada yoxlanılmalı idi. Daha sonra problem olmuşdursa, onu da qaz istismarı sahəsinin işçiləri yaratmışdır. Yeni sayğacı pulla vermək üçün. Ümumiyyətlə, demək olar ki, o və arvadı neçə illərdir ki, sayğacda olan rəqəmlərə belə baxmırlar, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bildiriş verir, onun əsasında da pulu ödəyirlər. Belə qanunsuz fəaliyyət heç bir yerdə ola bilməz, heç bir səbəb olmadan onun və ailəsinin heç bir müdaxiləsi olmadığı halda ondan 993.60 manat pulun tələb edilməsinin hansı qanuna əsaslandığını bilmir. O, məhkəmənin ədalətinə inanır, bilir ki, düzgün araşdırma aparılacaqdır. Əgər o və ya ailəsinin hər hansı üzvü qanuna zidd hərəkət etmişlərsə cəzalarını çəkməkdən boyun qaçırmaz. Ona görə də məhkəmədən onun, yəni İddiaçı adına Mingəçevir şəhəri Energetik 11 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca əsassız hesablanmış 993.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azəriqaz” İB-nin RQİİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmıəsinı baxmayaraq, o məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş “Azəriqaz” Tərtər X6 İdarəsi tərəfindən verilmiş qərardan görünür ki, Qaz işlədicilərindən 4 gözlü qaz piltəsinin maksimal saatlıq qaz sərfi 1.2 kub.metr/saat, qış mövsümündə orta günlük iş rejimi – 6 saat, hesabat müddəti 90 gün, yay mövsümündə orta günlük iş rejimi – 4 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, qsqs-nin maksimal saatlıq qaz sərfi 2.4 kub.metr/ saat, qış mövsümündə orta günlük iş rejimi – 8 saat, hesabat müddəti 90 gün, yay mövsümündə orta günlük iş rejimi – 4 saat, hesabat müddəti 90 qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 kub.metr/saat, orta günlük iş rejimi – 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İşə əlavə olunmuş “Azəriqaz” Tərtər X6 İdarəsinin ******* №-li Aktından görünür ki, sayğacın hesablanma mexanizmi aşkar olunmadığı qeyd olunmuş və Dəymiş ziyanın hesablanması və ödənilməsinin təmin olunması tələb olunmuşdur . İşə əlavə olunmuş “Azəriqaz”-ın Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li 31 iyul 2018-ci il tarixli Aktından görünür ki, sayğacın qoruyucu ekranı qırıldığı üçün yenisi ilə əvəz olunmuşdur. İşə əlavə olunmuş **********00110 nömrəli Abonentin Saldosundan görünür ki, İddiaçı 08.2018-ci il tarixinə 993.60 manat borcu var imiş. İş materialları ilə, eləcə də məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçıya məxsus Mingəçevir şəhəri Energetik 5 ev 11 saylı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı «Azəriqaz» X3 X6 İdarəsinin əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni qaz sayğacı quraşdırılmışdır. Akt tərtib olunan zaman «Azəriqaz» X3 X6 İdarəsinin əməkdaşları tərəfindən sayğac üzərində əsaslı xəsarət akşar olunmamış. Bundan başqa, müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı mənzildə deyil mənzildən kənarda qurlaşdırılmışdır. Bundan əlavə işdə olan abonentin saldosundan görünür ki, İddiaçı oğlu ilin soyuq olan aylarında (noyabr 2020-ci il 15,40 manat, dekabr 2020-ci il 30,20 manat, yanvar 2021-ci il 23,10 manat, fevral 2021-ci il 20,70 manat, mart 2021-ci il 23 manat) normal qaydada qaz istifadə etmişdir. Bu hal öz növbəsində iddiaçının qaz sərfiyyatının normal olmasını və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmadığı qənaətinə gəlməyə əsas verir. Sayğacda olan müdaxilənin (yəni sayğacın qoruyucu ekranının qırılması) iddiaçı tərəfindən olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; -6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yol verilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox mənzildən kənarda olmuş və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən müdafiə etməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı tərəfindən olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı adına Mingəçevir şəhəri Energetik 5 ev 11 saylı fərdi yaşayış evi üçün nəzərdə tutulmuş sayğaca “Azəriqaz” İB-nin X7 İstismar İdarəsinin işçiləri tərəfindən hesablanmış 993.60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1274/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1274/2021
02.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver