Məhkəmə qərarları › İş №2(051)-1283/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1283/2022

20.05.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1283/2022 20.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla X1 arasında 05.04.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay uşaqlar yetkinlik yaşına çatana kimi əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, 2015-ci ildə tarixdə Maraqlı şəxs ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Aralarında olan narazılıq səbəbindən rəsmi olaraq ayrılmışlar. Alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 05.04.2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmış və Maraqlı şəxs hər ay 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınması ilə bağlı razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini pozmuş və aliment öhdəliyini lazımı qaydada icra etməmişdir. Belə ki, maraqlı şəxs alimenti vaxtı-vaxtında ödəmir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, ərizəçi ilə 2015-ci ildə tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Mediasiya prosesində iştirak etmişlər və barışıq sazişi bağlayaraq sivil qaydada bir sıra razılaşmalar əldə etmişlər. Belə ki, 05.04.2022-ci il tarixli barışıq sazişində nikahın pozulmasına razılıq, aliment məsələsi öz həllini tapmışdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 02 may 2016-cı il tarixdə X3 və 23 fevral 2019-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış rəsmi nikah 19.04.2021-ci il tarixli qətnaməyə əsasən pozulmuşdur. İşdə olan 05.04.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 02 may 2016-cı il tarixdə doğulmuş X3 və 23 fevral 2019-cu il tarixdə doğulmuş X4 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay uşaqlar yetkinlik yaşına çatana kimi əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs 2015-ci il ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və onların birgə nikahlarından 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. 02 may 2016-cı il tarixdə doğulmuş X3 və 23 fevral 2019-cu il tarixdə doğulmuş X4 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay uşaqlar yetkinlik yaşına çatana kimi əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində 05.04.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi məcburi icrası üçün mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 05.04.2022-ci il tarixdə bağlanmış, Maraqlı şəxs hər ay 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınaraq ərizəçiyə ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 05.04.2022-ci il tarixdə bağlanmış, Maraqlı şəxs hər ay 02 may 2016-cı il təvəllüdlü X3 və 23 fevral 2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının üçdə bir hissəsi miqdarında alimentin alınaraq Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar